Qadın
2019-cu ildə qadınlar kimə bənzəyəcək? - Türkiyəli estetik cərrah açıqladı
Zaman ötür, onunla birlikdə gözəllik etalonları da dəyişir. Bu isə o deməkdir ki, hər bir dövr öz qaydalarını diktə edir. Məsələn, 50 il qabaq mövcud olan gözəllik tendensiyaları bu gün artıq aktual deyil. Hətta müasir dövrün gözəllik tendensiyaları ilə əvvəlki illərin tendensiyaları bir-birindən kəskin şəkildə fərqlənir.
Publikaz.az xəbər verir ki, türkiyəli estetik cərrah Selçuk Aytaç 2019-cu ildə dəbdə olacaq qadın bədən quruluşu haqqında məlumat verib. Cərrahın sözlərinə görə, qum saatı formasında bədən quruluşu 2019-cu ildə də dəbdə olmağa davam edəcək:
“Son illərə qədər qadınlar arıqlamaq üçün əlindən gələni edirdi. “Nə qədər arıq olsam, bir o qədər yaxşıdır” məntiqi ilə hərəkət edirdi. Artıq podiuma çıxan modellər kimi arıqlaya bilməyən qadınlar rahat nəfəs ala biləcək, çünki növbəti ildə qıvrımlı və dolğun bədənlər populyar olacaq”.
Selçuk Aytaç onu da əlavə edib ki, qum saatı şəklində bədən quruluşu qadınlığın simvolu sayılır:
"Müasir qadınlar daha qadınsayağı bədən xətlərinə sahib olmaq istəyir. Qum saatı formasında bədən xüsusilə qadınlığı və qadının sağlam uşaq dünyaya gətirə biləcəyini simvolizə edir. Həmçinin son dərəcə seksual görünür”.
Qadınların omba protezinə və dolğusuna maraq göstərdiyini vurğulayan həkim fikrini belə tamamlayıb: "Ombalara estetik müdaxilə xüsusilə son bir neçə il əvvəl dəbə minib. Odur ki, artıq ombalarda əməliyyat etdirmək istəyən xanımları sayı hər il artır”.
Qeyd edək ki, incəbel və böyük ombaların dəbə minməsində Cennifer Lopez və Beyons kimi ulduzların xüsusi rolu var. Məsələ ondadır ki, dünyanın əksər kişiləri Cenniferin bədən quruluşuna heyrandır. Belə bədənə sahib olmaq üçün qadınlar həm plastik yollara əl atır, həm də squat (çömbəlmə) məşqi edirlər.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur


















.jpg)
















