Paşinyan bu yolla müharibənin acı nəticələrindən yayınmağa çalışır - Detallar AÇIQLANDI
Bizi izləyin

Qarabağ

Paşinyan bu yolla müharibənin acı nəticələrindən yayınmağa çalışır - Detallar AÇIQLANDI

“Ermənistan illərdir ki, danışıqlar prosesini uzadıb, hər dəfə müəyyən bir irəliləyiş əldə olunanda hansısa bir bəhanə gətirərək əldə olunan razılaşmaların həlli prosesini pozublar”.

Bu fikirləri Publika.az-a danışan Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru Kərəm Məmmədov deyib.

Onun sözlərinə görə, danışıqlar prosesinin pozulmasında son nöqtəni Nikol Paşinyan Qarabağ Ermənistandır bəyanatı ilə qoydu: “O, bizim səbir kasamızı daşırdı. Ermənistan tərəfinin xahişi ilə 3 dəfə humanitar atəşkəs əldə olundu. Amma hər üçündə də razılaşmanı pozan erməni tərəfi oldu. İndi də onların danışıqlar masasına oturmaq üçün vaxtı uzatmaqda əsas məqsədi başqa tərəfləri də müharibəyə cəlb etməkdir. Ermənilər hər vasitəyə əl atırlar ki, bu münaqişə beynəlmiləl xarakter alsın. Hətta jurnalistlərə, beynəlxalq güclərə də hədə-qorxu gəlirlər, həqiqəti yazanlara, deyənlərə təzyiqlər göstərirlər, terrorla, ölümlə hədələyirlər. Bu, onların xislətidir. Onlar üçün nə ədalət, nə də büynəlxalq hüquq prinsipi işləyir. Onlar üçün bir dənə prinsip var, o da işğalçılıq siyasətlərini davam etdirməkdir”.

K.Məmmədov qeyd edib ki, digər tərəfdən də Ordumuzun işğaldan azad etdiyi əraziləri geri qaytarmaq və qalan əraziləri də işğal altında saxlamağa davam etmək məqsədilə Ermənistanın hərbi-siyasi rəhbərliyi məğlubiyyətlərini qəbul etmir və yerdə qalan torpaqları boşaldacaqlarına dair üzərinə öhdəlik götürməkdən imtina edirlər: “Onlar özlərini xilas etmək məqsədilə üçüncü tərəfləri münaqişəyə cəlb etmək istəyirlər. Ermənilər tarix boyu heç bir vaxt heç nəyi özləri əldə etməyib. Onlar kiminsə hesabına nəyəsə nail olublar. Bizim verdiyimiz torpaqlar hesabına özlərinə dövlət qurdular. Sonrakı proseslərdə Dağlıq Qarabağda bolşeviklərin hesabına ermənilərə muxtariyyət aldılar. Xaricdən aldıqları dəstək hesabına 20 faiz torpaqlarımızı işğal etdilər. İndi də Ermənistan çox yaxşı başa düşür ki, hazırkı hərbi gücü ilə heç nəyə nail ola bilməyəcəklər. Hazıda Azərbaycan Ordusunun gücü göz önündədir. Buna görə də Ermənistan başqa tərəfləri bölgəyə cəlb etmək və onların hesabına özlərini müharibənin acı nəticələrindən xilas etməyə çalışır”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm