Qarabağ
Sülhməramlıların bölgəyə gəlməsi bu baxımdan əhəmiyyətlidir - Ekspert AÇIQLADI
“Azərbaycanın 44 günlük Böyük Qarabağ müharibəsi ötən gecəyarısı tam qələbəmiz və düşmənin kapitulyasiyası ilə bitdi. Tarixdə davamiyyət müddəti ilə adlandırılan başqa müharibələr də olub- 30 illik Katolik-Protestant müharibəsi, 100 illik müharibə, 30 illik Al və ağ qızılgül müharibələri, 6 günlük Ərəb-İsrail müharibəsi və s. Azərbaycanın 44 günlük müharibəsi isə tam başqa məzmunludur”.
Bu fikirləri Publika.az-a danışan “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
O bildirib ki, bu, eyni zamanda Azərbaycan xalqının və dövlətimizin birgə Vətən müharibəsidir: “Burada dövlət və xalq bütün mənalarda eyni səviyyədə birlikdə iştirak etdi ki, bunun da yenilməz birləşdirici sütunu rolunu Prezidentimiz şəxsən icra edib. Qarabağ müharibəsinin həllinə dair Azərbaycan Prezidentinin hərbi-siyasi həll yolu mütləq təsdiqləndi. Dağlıq Qarabağ probleminin 30 ildən sonra mümkün olan ən əlverişli həll variantı elə budur. Bununla Azərbaycanın ərazi bütövlüyü təmin edildi, məcburi köçkünlər öz ocaqlarına qaytarılacaq. Razılaşmaya əsasən, Naxçıvanın blokadasına son qoyulur, onu Azərbaycanın böyük parçası ilə bağlayan dəhliz açılır və dəhliz beynəlxalq təhlükəsizlik təminatına alınır. Ermənilərin münaqişəyə qədər yığcam və ya qarışıq yaşadıqları məntəqələrin taleyi barədə şərt diktə etmək imkanı isə bizim əlimizdə qalacaq”.

Ekspert qeyd edib ki, üçtərəfli razılaşmaya görə, ölkəmiz siyasi məzmunlu etnik-ərazi muxtariyyət təhlükəsindən sığorta olunur: Azərbaycana aid ərazilərə erməni iddialarının saxta və əsassız olduğu bütün dünyaya qəti şəkildə sübut olunur. Növbəti mərhələlərdə xarici sülhyaratma missiyalarından imtina hüququnu özümüzdə saxlayırıq. Azərbaycanın ərazi bütövlüyü, dövlət və milli təhlükəsizliyi üçün isə gələcəkdə bu razılaşma sənədlərindən təhdidlər görünmür”.
A.Quliyev vurğulayıb ki, hazırda təqdim edilən həll platforması ilə bağlı narahatlığa ehtiyac yoxdur: “Bu razılaşma indiki şəraitdə Azərbaycanın mənafelərinə uyğun olan ən yaxşı variantdır. Ona görə də narahatlıq üçün ciddi əsas yoxdur. Əsas odur ki, torpaqlarımız işğaldan azad olunub və ərazi bütövlüyümüz, suverenliyimiz tam şəkildə qəbul olunub. Xüsusilə də Rusiya sülhməramlılarının gəlməsi ilə burada şərait üçün ən yaxşı və ideal format seçilib. Bu da sülhyaratma missiyasını qardaş Türkiyə ilə birlikdə Rusiyanın həyata keçirməsidir. Bu, həm hazırkı həll variantının daha davamlı olacağına təminat verəcək, həm də Türkiyənin proseslərdə daha fəal iştirakının legitim formaya salınması Ermənistanın gələcəkdə yeni təcavüz planlarını ortaya qoya bilmək şanslarının qarşısını alacaq”.
Akqabay Mıradov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





















.jpg)















.jpg)
.jpg)
