Qarabağ
Azərbaycan ordusu ruhların dolaşdığı şəhərdə... - "Le Monde"
Gənc zabit Natiq, tövləyə çevrilən Mərdinli məscidinə diqqəti çəkərək deyir: “Ermənilər orada donuz saxlayıblar”. Sonra Mərdinli müsəlman qəbiristanlığına işarə edir. Qəbirlər "erməni işğalçıları" tərəfindən dağıdılaraq alt-üst edilib. Minalandığına görə bu sahəyə yaxın getməmək məsləhət görülür.
“Bütün bu dağıntılara, qazılmış çuxurlara baxın. Yalnız xarabalıq qalmışdır. Əgər burada heç kim olmayacaqdısa, niyə bizi buradan didərgin salmışdılar”,-deyə gənc azərbaycanlı zabit Natiq ritorik sual verir.
Publika.az xəbər verir ki, bu fikirlər “Le Monde” qəzetində dərc olunmuş “ Dağlıq Qarabağ: 1993-cü ildən tərk edilmiş Füzulidə Azərbaycan xarabalıq və bunkerlərə sahib çıxır” adlı məqalədə yazılıb.
Jurnalist şəhərdə bütün tikililərin darmadağın edildiyini yazır. Hətta uçuntuları qalan məbədin hansı dinə aid olduğunu müəyyən etməyin çətinliyini diqqətə çatdırır. Rastlaşdığı uçuntular içərisində bir məbədin hansı dinə aid olduğu, hətta adı dəqiq bilinmədiyini yazaraq, bunun səbəbi kimi 1993-cü il avqustun 23-dən Fizulidə heç kimin yaşamadığını göstərir.
Bildirir ki, 1989-cu ildə son siyahıyaalmaya görə 17 min sakini olmuş şəhər Dağlıq Qarabağdakı erməni qüvvələri tərəfindən işğal edilmiş və onun sakinləri evlərindən didərgin salınmışdır.
Məqalədə 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Füzuli rayonunun Azərbaycan ordusu tərəfindən azad olunması haqqında məlumat verilib.
Azad olunmuş Füzuli təsvir olunaraq yazılır: “Yenidən fəth etdiyi ərazilərdə Azərbaycan ordusu ruhların dolaşdığı şəhər, mərmi qırıntılarından qazılmış torpaqlar, dağıdılmış qəbiristanlıqlar və minalanmış sahələrlə üzləşir”.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi



































.jpg)

.jpg)