Qarabağ
Erməni vandalizmini xarici KİV-in nümayəndələri də gördü
İşğal olunmuş ərazilərdə maddi-mədəni sərvətlərimizin dağıdılması və qarət olunması indi də davam edir. Ermənilər apara bilmədikləri hər şeyi yandırır və məhv edirlər. Bununla onlar 1949-cu ildə qəbul edilən Cenevre konvensiyasının 53-cü maddəsini pozurlar.
Bu sözləri Publika.az-a açıqlamasında Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru Fərhad Hüseynov deyib. O bildirib ki, konvensiyanın 53-cü maddəsi sırf mülki əlahi ilə rəftara həsr olunub.
“Bu maddədə deyilir ki, hərbi zərurət yoxdursa, daşınılan və daşılmaz əmlaka zərər vurmaq olmaz. 93-cü ildən başlayaraq, əksinə Ermənistan hökuməti heç bir zərurət olmadığı halda maddi və mənəvi sərvətlərimizə zərər vurub.
Cənab prezident çıxışlarında da bildirdi ki, işğaldan azad olunan ərazilərdə bütün bunların canlı şahidi olduq. Rayonlarımız, kəndlərimizi nə vəziyyətdə öz nəzartimiz altına keçirtmişik... Bununla bağlı beynəlxalq məhkəmələrə müraciətlər olunacaq. İndi bu ərazilər bizim əlimizdədir və əlimizdə kifayət qədər sübutlarımız var. Ermənilər faktiki olaraq Kəlbəcərdə də eyni siyasəti davam etdirirlər, evlərə və meşələrə od vururlar. Bununla da onlar gələcəkdə beynəlxalq məhkəmələrdə aparılan proseslərdə öz vəziyyətlərini daha da pisləşdirəcək. Erməni vandalizmi və nifrətdən irəli gələn addımlarını hazırda xarici KİV-in nümayəndələrinin özləri də görür”.
Ekspert bildirib ki, Ermənistan mətbuatında Azərbaycana 50 milyard dollar təzmnat ödəməli olduğu barədə xəbərlər yayılıb:
“Beynəlxalq məhkəmənin effektiv fəaliyyətini sual altına qoymağa əsasım yoxdur. Əsas odur ki, kifayət qədər sübutumuz var. Artıq bu ərazilər işğaldan azad olunub. Sübutlara əsaslanaraq hüquqşünaslarımız lazım olarsa beynəlxalq hüquqi şirkətlərlə birlikdə istənilən beynəlxalq məhkəmə çərçivəsində uğurlu proses apara bilərlər”.
Aytən Məftun
-
İqtisadi gündəm16:29Bu şirkətin dövlətə 4,6 milyon manat borcu var
-
Region15:37Qəzaya uğramış "C-130" ilə bağlı Türkiyədən yeni açıqlama
-
Nida Xəbər 14:30Azərbaycan bu ölkəyə milyard dollarlıq sərmayə yatırdı
-
Magazin214:00Sərxoş sərnişin Əməkdar artistə hücum etdi - VİDEO
-
İqtisadi gündəm13:42“Qarabağ Toxum” şirkətində maliyyə nöqsanı aşkarlandı
-
MDB13:10Tikinti şirkətinin rəhbəri maaş üçün gələn fəhlələrə atəş açdı
-
MDB12:30Əsgər gedən reper xüsusi təyinatlılarda xidmətə başladı - FOTO
-
Hadisə11:51Şəmkirdə məktəb direktorunun işdən çıxarılmasının səbəbi məlum oldu



























