Qarabağ
Rusların hər dılğır erməniyə görə... - Vilayət Quliyev
Bizdə çoxları elə düşünür ki, Ermənistanın, yaxud erməni separatçılarının hansısa sehrli çubuğu var və onu tərpədən kimi bütün sorunlar çözüləcək. Bəli, son 30 ildə Qarabağdakı işğalçılar özlərinə müəyyən şərait yarada bilmişdilər. Nəyin hesabına? 1990-1994-cü illərdə Azərbaycanın onlarla şəhərini, yüzlərlə kəndini sözün həqiqi mənasında çapıb talamışdılar. 50- 60 min quldur yarım milyon vətəndaşımızın bütün sərvətlərinə əl qoymuşdu.
Publika.az xəbər verir ki, bu sözləri Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri, professor Vilayət Quliyev deyib.
Səfir bildirib ki, sərhədlərin nəzarətsizliyindən istifadə edən ermənilər narkotrafikə, insan alverinə və qaçaqmalçılığa qurşanmışdılar: “Qafqazda “ikinci erməni dövləti” eyforiyasına qapılan erməni diasporunun bol ianələrindən yararlanmışdılar. Azərbaycanın işğal altındakı ərazilərindəki yeraltı və yerüstü sərvətlərdən istədikləri şəkildə istifadə etmişdilər. Bəzi hallarda Ermənistandan dotasiya və maliyyə yardımı almışdılar. İndi bunların mühüm bir qismi olmayacaq. Mövcud infrastruktur əhəmiyyətli dərəcədə dağıdılıb. Yaxın illərdə onun bərpası və istifadəyə yararlı vəziyyətə gətirilməsi çox müşkül məsələdir.

Mənəvi-psixoloji düşkünlük, inamsızlıq əhval-ruhiyyəsi hakimdir. Heç kəs sabahkı günündən, az-çox təmin edilmiş gələcəyindən arxayın deyil. Minlərlə adam daha yaxşı həyat üçün mümkün qədər tezliklə qaçmağa hazırdır.
Artıq arxasında gizləndikləri və özlərini etibarlı şəkildə müdafiə olunmuş saydıqları “erməni Majinosu” - bədnam “Ohanyan xətti”, keçmiş status kvo yoxdur. Rusların hər dılğır erməniyə görə Azərbaycandan haqq-hesab tələb edəcəyi inandırıcı görünmür. Ermənistan maliyyə-iqtisadi baxımdan nəinki separatçılara yardım etmək, heç öz əhalisini saxlamaq iqtidarında deyil.
Azərbaycanın guya Rusiyanın tələbi ilə Ermənistana və separatçı ermənilərə yardım göstərəcəyi ilə bağlı ehtimallar hər cür əsasdan məhrumdur. İqtisadiyyat çox şeyi dəyişdirir, çox məsələni həll edir”.
Aytən Məftun
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...

















.jpg)


















.jpg)


