Qarabağ
Putin bu sözləri ilə ədalətli mövqeyimizi dəstəklədiyini göstərdi - Deputat
"İşğal olunmuş torpaqlarımızın azadlığı uğrunda başlanan Vətən müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı, torpaqlarımız işğaldan azad olundu, tarixi bəyanat imzalandı. Düşmən bütün cəbhələrdə sarsıdıcı məğlubiyyətə düçar oldu. Qələbələrimiz yalnız hərb meydanı ilə yekunlaşmadı. Prezident, Ali Baş Komandan İlham Əliyev Ermənistanı siyasi-diplomatik sferada da küncə sıxışdırdı".
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Naqif Həmzəyev deyib.
O bildirib ki, təxribatlar, faşizm ideologiyasına söykənən işğalçılıq siyasəti Ermənistanın özünə baha başa gəldi: "Bu dəfə haqq-ədalətdən bixəbər Ermənistan rəsmiləri hərbi əməliyyatlardakı uğursuzluqlarını ört-basdır edə, "qələbə"lərindən əfsanələr uydurub, dezinformasiyaları ilə heç kimi aldada bilmədilər. Bütün dünyanın gözü qarşısında hərbi cinayət törədən Ermənistan tarixinə daha bir qara ləkəni əlavə etdi. Müzəffər Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən başladılan əks-hücum əməliyyatları 44 gün ərzində doğma Qarabağımızı, işğal altında qalan əzəli-əbədi torpaqlarımızı düşmən caynağından azad etməklə yanaşı işğalçı Ermənistan hakimiyyətinin məkrli maskalarının altındakı əsl sifətlərini dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev beynəlxalq tribunalardan, dünyanın 30-dan artıq nüfuzlu KİV-inə verdiyi müsahibələrində Ermənistanın və onun rəhbərliyinin işğalçı siyasətini bir daha ifşa etdi. Ermənistanın ilk olaraq müharibəyə başlaması, əsas hədəflərinin dinc əhali olduğu, beynəlxalq humanizm prinsiplərini və beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğu dünya ictimaiyyətinin gözləri qarşısında baş verdi. Ermənistanın təcavüzkar siyasətini təsdiq edən videomateriallar beynəlxalq aləmdə böyük rezonans doğurdu. Artıq dünya ictimaiyyəti də əsl həqiqətdən xəbərdardır".
N.Həmzəyevin sözlərinə görə, "Rossiya 24" telekanalının efirində Qarabağa dair razılaşmadan danışarkən Rusiya Prezidenti Vladimir Putin də erməni yalanlarını ifşa etdi, beynəlxalq hüquqa görə Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olduğunu qeyd etdi: "Putinin müsahibəsində səsləndirdiyi fikirlər, mövqeyi, Azərbaycanı müstəqil dövlət və etibarlı tərəfdaş kimi qiymətləndirməsi əslində Azərbaycanın regionda yaratdığı yeni geostrateji reallığının nəticəsidir. Eyni zamanda "Heç kim, hətta Ermənistan da Qarabağın müstəqilliyini tanımayıb. Bu, beynəlxalq hüquq baxımından nə deməkdir? Azərbaycan özünün hesab etdiyi, elə bütün dünya birliyinin də Azərbaycan ərazisi kimi tanıdığı torpaqlarını geri qaytarırdı”- Vladimir Putinin bu sözləri Azərbaycanın ədalətli və haqlı mövqeyinin Rusiya tərəfindən dəstəkləndiyinin nümayişi oldu.
Qarabağla bağlı hazırkı razılaşmadan imtina etməyin Ermənistan üçün intihar olacağını qeyd edən Vladimir Putin Paşinyan hakimiyyətinin acınacaqlı halına, siyasi riyakarlığına, bir sözlə işğalçı Ermənistanın qalib Azərbaycan qarşısında aciz durumda olduğuna diqqət çəkdi".
Akqabay
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI