Qarabağ
Biz böyük qələbənin, zəfərin təntənəsini bir daha yaşadıq - Deputat
“Çox qürurlu bir gün yaşadıq. Bu gün hər bir ölkə, xalq və millətin taleyinə qismət olmayacaq bir gün idi. Biz böyük qələbənin, zəfərin təntənəsini bir daha yaşadıq”.
Bu sözləri Publika.az-a Zəfər paradında iştirak edən millət vəkili Jalə Əliyeva deyib.
O bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tarixi nitqləri hər kəsdə böyük qürur yaşatdı: “Hər ikisinin tarixi keçmişimizi, bu günümüzü bir daha bizə qürurla xatırladan və yaşadan çıxışlarını fəxr hissi ilə dinlədik. Daha sonra qələbəmizin əldə edilməsində misilsiz xidmət göstərən Azərbaycan Ordusu və onun qəhrəman əsgərlərinin Azadlıq meydanından keçidi başladı. Bu paradı həyəcansız, iftixar hissi keçirmədən izləmək mümkün deyildi. Ordu birliklərimiz tribuna önündən keçirdi. Şəxsi heyətin hər biri bu 44 günlük zəfər yürüşümüz zamanı böyük şücaətlər göstərmiş ordunun nümayəndələri idilər”.
J.Əliyevanın sözlərinə görə, parada Ermənistanın qoyub qaçdığı, hərbçilərimizin ələ keçirdiyi döyüş texnikalarının gətirilməsi hər kəsi qürurlandırıb: “Ermənistan ordusunun yarı yolda qoyub getdiyi döyüş texnikaları və digər avadanlıqları nümayiş etdirildi. O zaman qəlbimizdən bir fikir keçdi - “Nə oldu, Paşinyan, nə oldu, Ermənistan?! İndi hardasınız?!” Bəs deyirdiniz o tankları Bakıya qədər sürəcəyik. Bəli, o tanklar Bakıya gəldi. Amma sizinlə gəlmədi, bizim ordu birliklərimizlə, sizin məğlubiyyətinizlə gəldi və o tanklar bizim Zəfər paradımızda iştirak etdilər. Düşmənə qan udduran pilotsuz uçuş aparatlarımız “Bayraktar”, “Harop”, “İtiqovan” nümayiş etdirildi. Hava hücumundan müdafiə vasitələrimiz, raket və artilleriya qurğuları tribuna önündən keçdi. Üçrəngli bayrağımızı döyüş təyyarələri səmamızda dalğalandırdı.
Yaşa, ucal, hər zaman da səmamızda dalğalan deyirik, Azərbaycan bayrağı. Cənab Prezidentimiz çıxışında vurğuladı ki, son zamanların ən məşhur deyimi ilə bitirirəm nitqimi - Qarabağ Azərbaycandır ifadəsi ilə. Bunu duymayan, eşitməyən kim qalıbsa, eşitsin. Qarabağ Azərbaycandır, Azərbaycanındır! Başda Ali Baş Komandanımız olmaqla bu gün münasibətilə bütün xalqımızı təbrik edirəm”.

Akqabay Mıradov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
