Qarabağ
Bu cür təşkilatlarla mütəmadi işləmək lazımdır ki... - RƏY
“Human Rights Watch” müharibə vaxtı dinc azərbaycanlılara qarşı törədilən cinayətlərin miqyasının nə qədər böyük olduğunu gördü. Təşkilat buna uyğun olaraq da hesabat hazırladı. Bu cür təşkilatlarla mütəmadi işləmək lazımdır ki, Azərbaycana qarşı hər zaman diqqətli olsunlar”.
Bunu Publika.az-a danışan hüquq müdafiəçisi Əvəz Həsənov deyib.
O bildirib ki, bu tip təşkilatlar ölkəmizlə bağlı hesabatlar hazırlayarkən faktları nəzərə almalıdırlar: ““Human Rights Watch” indiyədək ölkəyə gəlməmişdi. İndi isə bu təşkilatlarla işləmək lazımdır. Belə olarsa, onların arqumentləri azalacaq, bizə qarşı münasibətlərində isə dəyişikliklər çoxalacaq. Əgər beynəlxalq qurumlarla işlər aparılmasa, məlumatların dəqiqliyinə kim nəzarət edə bilər?! Əsas məsələ də bundadır”.
Ə.Həsənov qeyd edib ki, beynəlxalq qurumlar ölkəmizə nə qədər çox gəlsələr, obyektivliyi öz gözləri ilə görəcəklər: “Biz hüquq müdafiəçisiyik. Bilirdik ki, onların mahiyyəti nədən ibarətdir və hansı məlumatlar onlar üçün uyğundur. İndi bəlli olur, bu cür təşkilatlarla işləmək lazımdır ki, lazım olanda da onlardan istifadə edə bilək. Azərbaycan artıq dəyişib, fərqli mövqe nümayiş etdirir, dünya üçün açıqdır. Prezidentin özü belə bütün beynəlxalq institutlarda, mətbuat nümayəndələri ilə görüşdə çox açıq fikirlər səsləndirirdi. Dövlət başçısı çalışırdı ki, həmin təşkilatlar Azərbaycana gəlsinlər və baş verənləri öz gözləri ilə görsünlər. Bu, nəticə verdi”.
Akqabay Mıradov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





















.jpg)















.jpg)
.jpg)
