Qarabağ
Bu, zamanında verilmiş bəyanatdır – RƏY
“Ermənistanın xarici işlər nazirinin Dağlıq Qarabağa – Xankəndinə gələrək orada “sənədlər” imzalaması, ondan əvvəl, müharibə qurtarandan sonra Ermənistan ərazisindən silahlı daşnak tör-töküntülərinin Qarabağa gələrək təxribat, terror aktları törətmələri, konkret olaraq hərbçilərimizə hücum etmələri üçtərəfli bəyannaməyə ziddir. Çünki üç ölkə və hökumət başçısının imzaladığı bəyannamədə hər hansı statusdan söhbət belə getmir. Eyni zamanda, nizamlanma prosesinə maneə yaradan amillərdəndir”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. Millət vəkili bildirib ki, Prezident sonuncu müşavirədə tam haqlı olaraq bu faktları qeyd edib: “Cənab Prezident haqlı olaraq bu məsələləri sadalayaraq qabartdı. Eyni zamanda, ermənilərə açıq mesajını bildirdi və müharibədən əvvəlki dövrü xatırlatdı. Ermənistanın baş naziri Nikol Paşinyanın qıcıqlandırıcı hərəkətləri, Dağlıq Qarabağa qanunsuz səfərləri, orada içki içib rəqs etməyi, bundan başqa, Şuşa şəhərində separatçı “qurum”un “parlament” binasının tikintisi ilə bağlı bəyanatları nəticədə işğalçı ölkənin biabırçı məğlubiyyətləri ilə nəticələndi. Bu, dünya erməniliyinin məğlubiyyəti demək idi”.
Nəsib Məhəməliyevin fikrincə, Azərbaycan Ordusu dünya erməniliyinə elə bir zərbə vurdu ki, onlar yəqin ki, yaxın onilliklərdə bu zərbədən ayıla bilməyəcəklər:
“Digər tərəfdən, onlar darmadağınla üzləşdilər. Bununla yanaşı, Ermənistandakı ictimai-siyasi proseslər, hakimiyyət davası aparan ayrı-ayrı siyasi qüvvələr hətta revanşla bağlı bəyanatlar səsləndirirlər. Bu, qətiyyən qəbuledilməzdir. Bütün bunların qarşısını almaq üçün Prezident haqlı olaraq xəbərdarlıq etdi. Ölkə başçısı xatırlatdı ki, əgər bu təxribatlar davam edəcəksə, “Dəmir yumruq” yerindədir və biz qətiyyətlə onların qarşısını alacağıq. Hesab edirəm ki, zamanında verilmiş bəyanatdır. Ermənilər bundan nəticə çıxarmalıdırlar. Nəticə çıxara bilməsələr, müzəffər Azərbaycan Ordusu öz sözünü deyəcək. Buna qətiyyən şübhə yoxdur”.
Tural Turan
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
