Qarabağ
Politoloq: Moskvadan ermənilərə mesajını yolladı, ancaq...
“Gözlənildiyi kimi, Moskvada heç bir siyasi sənəd imzalanmadı. Kremlin Ermənistanın baş naziri Nikol Paşinyana yazığı gəlir, o ancaq Azərbaycanın ərazi bütövlüyünü təmin edəcək sənədə imza ata bilər, başqasını biz qəbul edə bilmərik. Paşinyanın belə bir sənədi indiki vəziyyətində imzalaması ölkəsində onun siyasi fəaliyyətinin sonunu gətirər. Bunu isə hələ ki, Kreml istəmir. Moskva Paşinyandan onun imzaladığı sənədləri yerinə yetirməsini istəyir”.
Publika.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Prezident İlham Əliyev, Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın 11 yanvar tarixində baş tutan Moskva görüşünü şərh edərkən qeyd edib. Politoloq bildirib ki, Moskvada əməkdaşlıqla bağlı ümumi bəyanat imzalanıb:
“4 maddəlik bəyanatın ümumi məğzi budur ki, 3 dövlət arasında işçi heyət və ekspertlərdən ibarət altqruplar yaranacaq, əməkdaşlığın aktual mövzuları müzakirə ediləcək və sonda yekun sənəd hazırlanaraq imzalanmaq üçün liderlərə təqdim ediləcək. İşçi heyətə və ekspertlərə martın 1-nə qədər sənədi hazırlamaq tapşırılıb. Bu sıraya kommunikasiya xətlərinin açılması və beynəlxalq daşımaçılığın təmin olunması daxildir. Olsun, işçi qrup çərçivəsində müzakirələrdən də çəkinmək lazım deyil. Bizim şərtlərimiz bəllidir və onlar yerinə yetirilməlidir. Bütün hallarda Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımadan və Dağlıq Qarabağdakı separatçılar tərk-silah olunmadan regional layihələrin, iqtisadi əlaqələrin və daşımaçılğın perpektivi dumanlıdır”.
E.Şahinoğlu qeyd edib ki, Ermənistanın baş naziri Moskvada liderlərin ortaq mətbuat konfransında “Təəssüf ki, bugünkü görüşdə humanitar məsələləri həll edə bilmədik, Dağlıq Qarabağın status məsələsi də açıq qalır” deməklə narazılığını səsləndirməkdən çəkinməyib:
“Lakin bizim üçün status məsələsi çoxdan bitib, bu, müzakirə predmeti deyil. İkincisi, Azərbaycan Prezidenti bir neçə dəfə vurğulayıb ki, 10 noyabrdan sonra Dağlıq Qarabağda ələ keçirilən silahlı separatçılar Ermənistana təhvil verilməyəcək, onlar terrorçudurlar və törətdikləri əməllərə görə cavab verəcəklər. Paşinyan ortaq mətbuat konfransında “status və əsirlərlə” bağlı iradını ona görə səsləndirdi ki, geri qayıdanda onu bu mövzuları qaldırmadığına görə daş-qalaq etməsinlər. O, Moskvadan ermənilərə mesajını yolladı, ancaq nə status, nə də əsirlər məsələsində irəliləyiş əldə etdi”.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
