Qarabağ
Zaxarovadan QARABAĞ AÇIQLAMASI: martın 1-dək...
Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin həmsədr olduğu Dağlıq Qarabağın inkişafı üzrə üçtərəfli işçi qrupu beynəlxalq nəqliyyatın təşkili çərçivəsində nəqliyyat infrastrukturunun bərpası və inşası üçün tədbirlər siyahısını 1 martadək təqdim etməlidir.
Publika.az xəbər verir ki, bunu ənənəvi brifinqində Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, işçi qrupu bu ayın sonuna qədər toplanmalı və bu il martın 1-dək beynəlxalq nəqliyyatın təşkili üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpası və tikintisi ilə bağlı tədbirlərin siyahısını təqdim etməlidir.
Zaxarova qeyd edib ki, əsas iş sahələrində maddi məsələlərlə məşğul olacaq mütəxəssis alt qruplarının yaradılacağı ehtimal olunur: “Şübhə yoxdur ki, bu layihələrin icrası həm Azərbaycan, həm də Ermənistan tərəfinə və bütün Cənubi Qafqaz bölgəsinə fayda gətirəcək. Bütün dövlətlərin maraqları təmin ediləcək. Xüsusilə, Ermənistanın Azərbaycan ərazisi ilə Rusiya və İrana dəmir yolu çıxışı, Azərbaycanı isə Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirəcək nəqliyyat kommunikasiyaları olacaq”.
Xatırladaq ki, yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli danışıqlar aparıldı, bunun ardınca quru və dəmir yolu kommunikasiyalarının blokdan çıxarılmasını nəzərdə tutan ortaq bəyanat qəbul edildi.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
