Qarabağ
Orada terrorçu qeydə alınsa, türk hərbçilər... - Politoloq
Xəbər verdiyimiz kimi, Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır.
Sosial şəbəkələrin Azərbaycan seqmentində hazırda əsas müzakirə mövzularından biri də bu məsələdir. İnsanlar Birgə Monitorinq Mərkəzinin xeyrimizə nələri dəyişə biləcəyini müzakirə edirlər.
Politoloq Elxan Şahinoğlu Publika.az-a açıqlamasında deyib ki, Azərbaycan ictimaiyyətinin Türkiyə hərbçilərinin iştirakı ilə fəaliyyətə başlayan birgə monitorinqdən gözləntiləri böyükdür. Onun sözlərinə görə, burada əsas məqam atəşkəsə riayət olunması məsələsinə nəzarətdir:
“Üstəlik, Rusiya hərbçilərinin Qarabağda atəşkəsə təkbaşına nəzarəti bizi qane etmir. Narahatlığımıza səbəb olan hallar baş verir. Çünki müəyyən təxribatlar var.
Türkiyədən olan hərbçilər meşələrdə və qəsəbələrdə dron uçuşları həyata keçirəcəklər. Əgər orada əlisilahlı terrorçu qeydə alınsa, dərhal həmin yerə gedilməli və onlar tərk-silah olunmalıdır. Rusiyalı hərbçilər etməsə, bunu türk hərbçilər edəcək. Azərbaycan Ordusu da buna dəstək verəcək. Ona görə də Ağdamda Monitorinq Mərkəzinin fəaliyyətə başlaması Azərbaycan üçün çox vacibdir”.
Tural Turan
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
