Qarabağ
İlk təyinatın Şuşa üzrə olması təsadüfi deyil - Deputat
“Şuşa təkcə Azərbaycanın yox, bütövlükdə Cənubi Qafqazın konservatoriyasıdır. Bu ifadələr həmişə deyilib. Şuşa yalnız özünün mədəniyyət və incəsənət xadimləri ilə tanınmayıb. Eyni zamanda görkəmli dövlət xadimləri və sərkərdələri ilə də məşhurdur. Şuşanın tarixiliyi bu şəhərdə yetişmiş dahi şəxsiyyətlərlə ölçülür”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Elman Məmmədov Prezidentin ilk xüsusi nümayəndəsinin Şuşa üzrə təyin olunması və bu münasibətlə ölkə başçısının Aydın Kərimovu onlayn formada qəbulu zamanı səsləndirdiyi fikirləri şərh edərkən deyib. Millət vəkili bildirib ki, Şuşanı elə bərpa etməliyik ki, cənnətə çevrilsin:
“Şuşada Azərbaycan xalqına, İslam mədəniyyətinə, türk mədəniyyəti və tarixinə aid olan bütün gözəlliklər öz əksini tapmalıdır. Orada çoxsaylı tarixi abidələrimiz, yerlərimiz var. Ermənilər tərəfindən dağıdılmış o abidələri çox yüksək səviyyədə yenidən bərpa etməliyik. Şuşanı işğaldan azad edən igid oğullarımız var. Oranı bir qədər də tarixiləşdirmək, müqəddəsləşdirmək üçün onların adına Şuşada küçələr olacaq. Onların xatirə kompleksləri yaradılacaq.
Cənab Prezident Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimovu qəbul edərkən bu fikirlərə toxundu. Prezidentin ilk səlahiyyətli nümayəndəsinin Şuşaya təyin edilməsi təsadüfi deyil. Bu da simvolik xarakter daşıyır. Prezident İlham Əliyevin sərəncamları ilə işğaldan azad olunan rayonlarımıza səlahiyyətli nümayəndələr təyin olunacaq. Bu institut artıq yaradılıb və ilkin təyinat Şuşaya oldu. Düşünürəm ki, ilk qayıdış Şuşadan başlayacaq. Fikrimcə, ilk təyinatın Şuşa üzrə olması da bu baxımdan təsadüfi deyil”.
Elman Məmmədov vurğulayıb ki, 28 il idi ki, işğalçı Ermənistan hər il mayın 8-i Şuşada qələbə paradı keçirirdi:
“Düşünürəm ki, bu il mayın 8-də Azərbaycan Şuşada çox təntənəli bayram keçirəcək. Məncə, bu, gözlənilir və olacaq. Şuşada yaşayış üçün bir çox evlər, şərait var. Enerji və su təminatı da mövcuddur. Rabitə də var və artıq televiziyalarımız oradan veriliş hazırlaya bilirlər. Yol infrastrukturu hazırlanır. Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı da ölkə başçısı göstərişlərini verib. Dünənki çıxışında cənab Prezident dedi ki, Vaqifin məqbərəsi əvvəlkindən də yaxşı vəziyyətə gətirilməlidir. Artıq bu tapşırıqlar, göstərişlər onu deməyə əsas verir ki, may ayının 8-i ermənilərə göz dağı, dünyaya bir mesaj olaraq Şuşada böyük bayram tədbirlərinin keçirilməsinə hazırlıq gedir”.
Deputat qeyd edib ki, ölkə başçısı hələ Şuşa işğal altında olarkən bildirirdi ki, Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur:
“Ulu öndərimiz də öz prezidentliyi dövründə bu kimi ifadələri hər zaman işlədib. Şuşa Azərbaycanın tarixi şəhərlərindən biridir. Qarabağ xanlığının paytaxtı, mərkəzi olub. Şuşa özünün görkəmli şəxsiyyətləri ilə Azərbaycanımızı tanıdan şəhərlərimizdəndir. Şuşanın tarixiliyi göz qabağındadır. Birinci Qarabağ müharibəsi dövründə şəhərin işğalı ilə Azərbaycanın o dövrdəki məğlubiyyəti sanki tamamlandı, rəsmiləşdi. 44 günlük müharibə dönəmində Şuşanın işğaldan azad edilməsi ilə Azərbaycanın qələbəsinə nöqtə qoyuldu. Azərbaycanın Vətən müharibəsində birmənalı qalib olması elan edildi. Şuşa tarixi, mühüm hərbi-strateji mövqeyə malik şəhərdir”.
Tural Turan
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO