Qarabağ
Şuşa beynəlxalq əhəmiyyətə malikdir - Cavid Osmanov
“İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi institutuna ilk təyinat Şuşa şəhəri üzrə oldu. Prezident İlham Əliyev çox təcrübəli və bundan əvvəl də ölkədə həyata keçirilən yenidənqurma işlərində iştirak edən Aydın Kərimovu Şuşa üzrə xüsusi nümayəndəsi təyin etdi. Cənab Prezident A.Kərimovu videoformatda qəbul edərkən bir sıra mühüm məsələlərə də toxundu. Dövlət başçısı Şuşanın Azərbaycan üçün, o cümlədən region üçün nə qədər əhəmiyyətli olduğunu, gələcəkdə Şuşanın təkcə bölgə üçün deyil, dünya miqyasında önəmli bir şəhərə çevrilməsi istiqamətində addımların atıldığını qeyd etdi”.
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib.
Deputatın sözlərinə görə, Prezident Şuşada səfərdə olan zaman da, dünən də qeyd etdi ki, biz bu şəhəri göz bəbəyimiz kimi qorumalıyıq: “Şuşa hərbi baxımdan strateji əhəmiyyət daşımaqla yanaşı, həm də Azərbaycan xalqı üçün ən vacib yerlərdən biridir. Dövlət başçısı da bildirdi ki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Bununla yanaşı, ICESCO rəhbərliyinin ölkəmizdə olduğu müddətdə Şuşanın İslam dünyasının da paytaxtı olaraq qeyd edilməsi təklifi ilə bağlı çıxış edəcək. Bu, Şuşanın təkcə bölgə üçün deyil, həm də dünya miqyasında nə qədər əhəmiyyətli olduğunu bir daha sübut edir.
Şuşada yenidənqurma işlərindən danışan ölkə başçısı qeyd etdi ki, Şuşa gərək dünyanın ən gözəl yerinə çevrilsin və burada bütün məsələlər əvvəldən qurulmuş plan üzrə işlənməlidir. Artıq infrastruktur layihələrinə başlanılıb, Şuşaya gedən avtomobil yolunun təməli qoyulub, işlər sürətlə gedir. İşıqlandırma məsələləri həyata keçirilir. Tikinti, quruculuq və yenidənqurma işləri ilə yanaşı, xüsusilə Azərbaycanın mədəniyyət paytaxtı olaraq elan edildiyinə görə daha çox mədəni tədbirlərin, o cümlədən beynəlxalq səviyyəli mədəni tədbirlərin Şuşada keçirilməsi və bura daha çox xarici qonaqların gətirilməsi, Şuşa ilə tanışlıq da gələcək planlara daxil olan məsələlərdir”.
C.Osmanov qeyd edib ki, Şuşa 90-cı illərin əvvəllərində o vaxtkı rəhbərlərin səriştəsizliyi, çirkin niyyətləri ucbatından təslim olunub: “Prezident İlham Əliyev vaxtilə Şuşanın necə işğal olunmasından da danışdı. Bildirdi ki, 90-cı illərin əvvəllərində o vaxtkı AXC rəhbərliyi məhz özlərinin hakimiyyətə gəlməsi məqsədilə Şuşanı Ermənistana sadəcə təslim etmişdi. Onların xalqa olan xəyanəti və hakimiyyətə gəlmək hərisliyi ucbatından şəhər ermənilər tərəfindən işğal olunmuşdu. Artıq Şuşanı kimlərin təslim etdiyi, kimin isə azad etdiyi ortadadır. Bu, hər kəsə məlumdur.
Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Şuşa işğaldan azad olundu və ilk xüsusi nümayəndənin Şuşaya təyin olunması heç də təsadüfi deyil. Şuşa həm strateji olaraq, həm də xalqımız üçün tarixi-mədəni baxımdan əhəmiyyətli şəhər olduğuna görə ilk nümayəndə də buraya təyin olundu”.
Akqabay Mıradov
-
Magazin207:47Məşhur bəstəkar vəfat etdi - FOTO
-
Magazin206:16“Polat” onlarla birgə şamı üfürüb tortu kəsdi - FOTO
-
Sosial04:14Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ: Yeni növ peyda oldu, qiyməti... - VİDEO
-
Hadisə01:41Şəkidə canavar kəndə hücum etdi - Xəsarət alanlar var
-
Yaxın Şərq01:11Bu ölkədə 30 ildən sonra ilk dəfə QAR YAĞDI - VİDEO
-
Sosial00:15Xocavənddə vəzifəli şəxs qəzada öldü
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ünsiyyətinizi diqqətlə qurun
-
Magazin220 Dekabr 23:24Yeni ev alıb ona ərə gedəcəyini ELAN ETDİ - FOTO



























