Qarabağ
Türkiyəli hərbçilərinin Qarabağa gəlişi yeni reallıq yaradır - Politoloq
“Türkiyə hərbçilərinin Azərbaycana gəlməsi və Qarabağda rusiyalı hərbçilərlə birgə Monitorinq Mərkəzində fəaliyyətə başlaması yeni bir geosiyasi reallıq yaradır. Çünki bu ruslarla birgə monitorinq mərkəzi olsa da biz əminik ki, türkiyəli hərbçilər monitorinq fəaliyyəti apararkən ədalətə və hüquqa zidd heç nə etməyəcəklər”.
Bunu Publika.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
Türkiyəli hərbçilərin Qarabağda rusiyalı hərbçilərlə birgə Monitorinq Mərkəzində fəaliyyətini şərh edən politoloqun fikrincə, Türkiyədən olan hərbçilər Azərbaycanın maraqlarına uyğun addımlar atacaq: “Bu, özü-özlüyündə çox müsbət bir haldır. Türkiyə hərbçilərinin Qarabağda fəaliyyəti 10 noyabrda imzalanan üçtərəfli bəyanatda da öz əksini tapıb. Daha doğrusu, həmin bəyanatın beşinci bəndinin gerçəkləşməsidir. Biz əminik ki, Türkiyənin burada olması, ön xəttdə, Qarabağ ərazisində hər hansı problemin yaranmasına, insidentlərin baş verməsinə, hansısa terrorçu dəstələrin Ermənistandan Azərbaycan ərazisinə gəlməsinə imkan verməyəcək. Onu yaddan çıxarmayaq ki, Türkiyə və Rusiya hərbçilərinin birgə fəaliyyəti artıq sınaqdan keçib”.
Politoloqq qeyd edib ki, onlar Yaxın Şərqdə birgə fəaliyyət göstəriblər: “Unutmayaq ki, Azərbaycan Yaxın Şərq deyil. Rəsmi Bakının Ankara ilə özəl münasibətləri var. Türkiyə qardaş dövlətdir və münasibətlərimizin bu səviyyədə olmasını, Ankaranın bizə münasibətini, dəstəyini də yüksək qiymətləndiririk. Düşünürəm ki, bundan sonra türk və rus hərbçilərinin Qarabağda birgə monitorinqlər aparması müəyyən müsbət nəticələr verəcək”.
Tural Turan
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO













.jpg)





.jpg)















.jpg)


