Qarabağ
Azərbaycan-Türkiyə birliyi region üçün sabitlik, sülh imkanları yaradır - Mollazadə
“Əslində mən çox istərdim ki, bu ortaq layihə bölgədə sabitliyə qarşı hər hansı bir təxribat cəhdləri olarsa, onun qarşısını almağa xidmət etsin. Türkiyə Silahlı Qüvvələri Azərbaycanda yerləşməklə hansısa “revanş” barədə düşünən qüvvələrin qarşısında demək olar ki, çox ciddi maneə yaradacaq”.
Bunu Publika.az-a Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması ilə bağlı danışarkən deyib.
ADİP sədri bildirib ki, bu Monitorinq Mərkəzi açılandan sonra hansısa təxribat, diversiya aksiyalarını, hərəkətlərini həyata keçirmək mümkün olmayacaq: "Ən müasir avadanlıqlarla təmin olunmuş bu mərkəz bölgəni tam nəzarətdə saxlaya biləcək. Onu da qeyd edim ki, hazırda Azərbaycan-Türkiyə münasibətlərinin dünyada heç oxşarını da tapmaq mümkün deyil. Bu çox mühüm bir düsturla inkişaf edib. Biz hamımız öyrəşmişik ki, bir millət-iki dövlət düsturu bizim münasibətlərimizi formalaşdırır. Amma bununla yanaşı, bizim ortaq dəyərlərimiz üzərində formalaşan çox ciddi ortaq maraqlarımız var. Azərbaycan-Türkiyə birliyi əslində region üçün böyük əməkdaşlıq, sabitlik, sülh imkanları yaradır”.
Tural Turan
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
