Qarabağ
“Yalan maşını” Ovannisyandan müharibə etirafları: Azərbaycan gözlədiyimiz kimi...
İllərdir danışdığım və yazdığım problemlərə görə məğlub olduq.
Publika.az xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin sabiq sözçüsü Artsrun Ovannisyan “Sputnik Ermənistan”a müsahibəsində deyib.
Müharibə dövründə təbliğatın rolu, ona qarşı ittihamlar və tənqidlər, ordunun silahları və hərbi texnikaları və bir çox şey haqqında danışan A.Ovannisyan bildirib ki, 44 günlük müharibə zamanı ölkədə sərt tənqid obyektinə çevrilməsinin siyasi səbəbləri vardı: “Siyasi məsələləri həll etmək üçün məndən istifadə etdilər, amma mən siyasətdən uzağam”.
O, döyüşlər əsnasında apardığı yalan informasiya siyasətini belə izah edib: “Müharibə zamanı başqa cür olmur. Səhvlər, təsdiqlənmiş və ya təsdiqlənməmiş məlumatlar vardı. Ancaq təbliğat insanların əhval-ruhiyyəsini yüksək saxlamaq üçün idi. Müharibə zamanı dostlarımı, qohumlarımı, kürəkənimi itirdim. Ancaq ittihamlar son dərəcə absurd səslənir. Nə vaxtsa silahlı qüvvələr sıralarından ayrıldığımda müharibənin tam həqiqətinin nəyə gətirib çıxardığını faktlarla izah edəcəm”.
A.Ovannisyan özünü günahkar hiss etdiyini bildirib: “Hər gün özümlə müharibə vəziyyətindəyəm, kabus görürəm... Bir vaxtlar ordunun quruluşu, silahları, taktikaları, yeni nəslin müharibələri ilə bağlı təkliflər təqdim etdim, amma tam həyata keçirilməsinə nail ola bilmədim. 2007-ci ildən bəri hava üstünlüyü, qırıcılar, pilotsuz təyyarələr, dəqiq zərbə silahları, onların avtomatik idarəetmə sistemləri haqqında danışırdım, ancaq ordumuzda tətbiq edə bilmədik. Buna görə də məğlub olduq. Su-30 qırıcıları haqqında hələ 2010-cu ildə yazmışdım. 2015-ci ildə əldə edilməsi üçün silah və hərbi texnika proqramı tətbiq olundu, lakin sonra bilinməyən səbəbdən ləğv edildi. Azərbaycan qoşunları təsvir etdiyim kimi bizə qarşı vuruşdu. Silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyan da belə bir müharibənin nüanslarını çox yaxşı bilirdi, hətta kitabımın ikinci cildinə rəy yazmışdı, ancaq özünün də orduda bu istiqamətdə islahatlar aparmağa vaxtı və imkanı yox idi”.
Qeyd edək ki, A.Ovannisyan 44 günlük müharibə ərzində üçtərəfli bəyanat imzalanana qədər Ermənistan ictimaiyyətinə yalan informasiyalar ötürür, müharibədə qalib gəldiklərini, Azərbaycan Ordusunun minlərlə texnika və hərbi qulluqçu itkisinin olduğunu, heç bir ərazinin itirilmədiyini və bütün bunlar ətrafında çıxan məlumatların dezinformasiya olduğunu deyirdi. Lakin Azərbaycanın qələbəsi elan edildikdən sonra Ovannisyanın yalan danışaraq xalqı aldatdığı ortaya çıxdı və o, getdiyi hər yerdə hücumlara məruz qaldı.
Zümrüd
-
Nida Xəbər 17:54Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçildi
-
Nida Xəbər 17:20Serbiya qırıcıları İlham Əliyevin təyyarəsini belə müşayiət etdi - Video
-
Nida Xəbər 15:18Qadınlar üçün hərbi xidmət 3 ildən 6 ayadək azaldılacaq
-
Dünya15:12İran regional ittifaq qurur: Türkiyəyə və bu iki ölkəyə çağırış etdilər
-
Nida Xəbər 14:43Bu nazirliyə yeni təyinat - FOTO
-
Səhiyyə13:42Vüqar Qurbanov vəzifəsindən azad edildi
-
Rəsmi xronika13:03Əliyev və Vuçiç qeyri-rəsmi səhər yeməyində - FOTO
-
Dünya12:11Çinli turistlər Rusiyada "qar əsirliyi"ndə: Ancaq varlılar xilas edilir
























.jpg)





.jpg)







