Qarabağ
İrəvan Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb - Politoloq
Daşnaklar xarici işlər naziri Ara Ayvazyanın Türkiyə ilə sərhədin açılmasının mümkünlüyü barədə açıqlamasını tənqid ediblər. Erməni radikalların fikrincə, sərhəd açılarsa Ermənistanla dünyadakı erməni lobbisi arasında uçurum yaranacaq, çünki ikincilər Türkiyə ilə istənilən təmasın əleyhinədirlər, daşnaklar isə məhz lobbinin maliyyəsi hesabına Ermənistanda siyasi varlıqlarını davam etdirə bilirlər. Daşnaklar hardasa haqlıdırlar, erməni lobbisinin özünün “anti-türk” dünyası var, 100 ildən çoxdur bununla yaşayırlar, ancaq bu “dünyanın” bu illərdə Ermənistana xeyri olmadı, müxtəlif parlamentlərin “soyqırımı” qətnamələri Emənistanın qonşusu Türkiyə və türk dünyası ilə problemlərini dərinləşdirdi.
Publika.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu danışıb. O qeyd edib ki, Ermənistan hakimiyyəti iki reallığı qəbul etməyə başlayıb:
“Birinci reallıq odur ki, Türkiyə ilə sərhədin açılması Ermənistan iqtisadiyyatını canlandıra bilər, üstəgəl İrəvan Rusiya ilə Türkiyə arasında tərəfdaşlıq münasibətlərini nəzərə almaq məcburiyyətindədir. Ancaq sərhədin açılması üçün İrəvan Türkiyənin və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Prinsip etibarilə bu nəticə də əldə olunacaq. Ermənilər özləri də deyirlər ki, əgər Ermənistanla Azərbaycan arasında sərhəd sürətlə formalaşırsa, bu o deməkdir ki, İrəvan faktiki olaraq Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Təsadüfi deyil ki, Laçın dəhlizi üzərindən də gediş-gəlişlərin nəzarətə götürülməsi prosesinə başlanılıb.
İrəvan ikinci reallığı da sakitcə qəbul edib. Əgər Ermənistan hakimiyyəti və cəmiyyəti əsirlərinin geri qaytarılmasını istəyirsə, bundan sonra Dağlıq Qarabağa “hərbi xidmətə” heç kimi göndərməməlidir. Bunu da səssizcə qəbul etdilər və xəbərini yaydılar, əvəzində hissə-hissə əsirləri geri qaytarılır.
Üçüncü mərhələ Dağlıq Qarabağdakı silahlı separatçıların tərk-silahının sürətlənməsidir. Bu prosesi də gücləndirməliyik. “Dəmir yumruq” kitabımda da yazdığım kimi, növbəti mərhələdə - “ağıl oyunlarında” da üstün olacağıq”.
Aytən Məftun
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...












.jpg)






















.jpg)


