Qarabağ
Ermənilər alban kilsələrindəki xaçları silərək... - VİDEO
Tuğ kəndində işğaldan qabaq azərbaycanlılar çoxluq təşkil edib.
Publika.az xəbər verir ki, bunu Report-a açıqlamasında tarixçi-alim Nazim Tapdıqoğlu deyib.
Onun sözlərinə görə, Xocavəndin Tuğ kəndində olan tarixi-memarlıq abidələri demək olar, soyqırımına məruz qalıb:
“İstər Tuğda, istərsə də digər işğaldan azad olunmuş torpaqlarımızdakı məbədlərimizi, xüsusən də alban kilsələrini ermənilər öz adlarına çıxarıblar. Onlar alban kilsələrindəki xaçları silərək öz xaçlarını çəkib dünyaya öz məbədləri kimi tanıtmaq istəyiblər. Onlar bizim toponimlərimizə kimi dəyişiklik ediblər”.
N.Tapdıqoğlu Tuğ kəndinin qədim torpaqlarımızdan olduğuna diqqət çəkib:
“Tuğ qədim kəndlərimizdən biridir. Hazırda burda heç kim yaşamasa da, lakin işğala qədər kənddə 2 mindən artıq sakin yaşayırdı. Bunlardan 1400-ə qədəri azərbaycanlılar, qalanları isə ermənilər idi. Burada yaşı 135 ilə yaxın olan məktəb fəaliyyət göstərirdi. Hətta işğala qədər tədris edilirdi. “Qarabağnamə”lərin müəlliflərindən biri olan Mir Mehdi Xəzani tərəfindən tikilmiş bir məktəbdir. Onun da məzarı bu kənddədir. Bu məktəbin çoxlu sayda məzunları olub. Məsələn, Xudadat bəy Məlikaslanov, Cavad bəy Yeqanov və digər dəyərli ziyalıların adını çəkə bilərik”.
Tarixçi-alim buradakı Ktiş qalasının orta əsr memarlıq üslubunda inşa edildiyini qeyd edib:
“9-cu əsr məlumatlarına baxarkən, biz Xürrəmilər hərəkatı zamanında babəkilərin Araz çayını keçərək Tuğ ərazisində yadellilərə qarşı mübarizə apardığının şahidi ola bilərik. Ümumiyyətlə, Tuğda çox görkəmli nəsillər yaşayıb. Məlikaslanovlar, Yeqanovlar, Aslanbəylilər, Səlimbəylilər, Cəfərovlar, Vəliuşaqlılar və digərləri".
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var








.jpg)

.png)

.png)
















.jpg)
.jpg)





