Qarabağ
Qarabağda rus dili “rəsmi dil” elan edildi: Bakı nə etməli?
Qarabağda separatçılar rus dilini ikinci “rəsmi dil” elan edib: son bir ayda buna hazırlıq gedirdi...
Bunun səbəbləri haqda yazmışdıq. (Qarabağda rus dili üzərindən təhlükəli oyun...).
Separatçıların oyunu:
- Qarabağdakı separatçı-terrorçuların qalıqları bununla Rusiyanın dəstəyini qazanmaq, bölgədə Bakının idarəetmə mexanizmləri işə düşəndə “sağ qalmaq” üçün bu addımı atır;
- Baş separatçı Araik bununla rusların gözünə girməyə çalışır, Balasanyanı ona alternativ kimi oynadan Moskvaya “qərarları verən mənəm” mesajı verir;
- Ermənistan hakimiyyəti Bakı-Moskva xəttində gərginlik yaratmaqla 10 noyabr razılaşmasının sona qədər icrasını uzatmaq istəyir;
Rusların oyunu: Moskva maraqlarına təhlükə yaranacağı təqdirdə - bölgədə mövcudluğu sual altına düşərsə - Bakı və Ankara qarşısında kartlarının sayını çoxaltmaq və istəyini almaq üçün güclü rıçaqlar formalaşdırmaq istəyir;
Prezident İlham Əliyev fevralın 26-da keçirdiyi mətbuat konfransında bununla bağlı bildirib:
- Bu, hazırda Azərbaycanın o bölgəsində qeyri-qanuni olaraq özlərini rəhbər adlandıranların manipulyasiyasıdır. Onlar orada suahili dilini də Qarabağın rəsmi dili elan edə bilərlər. Bunun heç bir təsiri və nəticəsi ola bilməz. Dağlıq Qarabağ mövcud deyil və hər kəs oranı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır. Düşünürəm, bu, onların, həmin cinayətkar xunta rejiminin son nəfəsidir, son cəhdləridir ki, guya onlar dövlətdirlər. Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dilidir və Azərbaycan ərazisində digər heç bir dilin rəsmi statusu ola bilməz.
Rəsmi Bakının mövqeyi açıqdır. Lakin bunun bölgədə atəşkəsə qarşı təxribat olduğunu əsas götürərək, məsələni Ankara və Moskvanın masasına daşımaq lazımdır.
Asif Nərimanlı
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi












.jpg)





.jpg)


















.jpg)

.jpg)