Qarabağ
Ermənistan minalara görə təzminat ödəməlidir – Ekspert
“Beynəlxalq qanunlara görə, əgər ərazi boşaldılırsa, bəyanat imzalanırsa, qarşı tərəfə minalanmış ərazilərin xəritələri verilməlidir. Təəssüf ki, Ermənistan bu baxımdan da beynəlxalq hüquq normalarına əməl etmir. İşğalçı ölkə müharibə zamanı bütün ərazilərimizi dağıdıb. İşğal edilmiş ərazilərimizdə daş üstə daş qalmayıb. Cənab Prezident, Ali Baş Komandanın da dediyi kimi, elə bir buradan vəhşi qəbilə keçib. Onlar minalara görə təzminat ödəməlidir”.
Bunu Publika.az-a açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib. Birlik sədri bildirib ki, 10 noyabr bəyanatından sonra Azərbaycan çox sayda hərbçisini və mülki şəxsini itirib:
“Doğrudur, Azərbaycan dövləti bütün imkanları ilə - həm Müdafiə Nazirliyi, həm də yeni yaradılmış agentlik vasitəsi ilə ərazilərimizin minalardan təmizlənməsi üçün bütün gücü ilə səy göstərir. Qardaş Türkiyə də bu işdə Azərbaycana dəstək olur. Təəssüf ki, beynəlxalq təşkilatlar hələ də Ermənistan barədə ölçü götürmür. Məsələyə ikili standartlar prizmasından yanaşırlar. Ermənistandan tələb edilmir ki, xəritələr Azərbaycana verilsin. Ermənistan müxtəlif bəhanələr gətirir. Bu bəhanələrin heç bir əhəmiyyəti yoxdur. Heç birinin əsası yoxdur. Ona görə yoxdur ki, minanı ancaq peşəkarlar basdıra bilər. Qeyri-peşəkarlar mina ilə davrana bilməz”.
Hərbi ekspertin fikrincə, mina basdırılırsa, deməli, bunun xəritəsi olmalıdır: “Yoxsa, Ermənistanın öz hərbçiləri minaya düşərdi. Deməli, bu xəritə var. Amma onu vermək istəmir. Niyə vermir, istəyir ki, Azərbaycan dinc dövrdə də çoxlu itki versin. Çalışır ki, Azərbaycan bu məsələdə vaxt itirsin. İstəmirlər ki, Azərbaycan əhalisi tez bir zamanda qayıdıb orada məskunlaşsın. Beynəlxalq hüququ saya salmır. Vaxtında Ermənistanın başına ağıl qoysaydılar, bu münaqişə bu qədər uzanmazdı. Azərbaycan özü, öz ordusunun gücünə ərazi bütövlüyünü təmin etdi. Azərbaycan elə bir problem yoxdur ki, onun öhdəsindən gəlməsin. Zamanı gələndə Ermənistan rəhbərliyi və hərbçiləri Azərbaycan məhkəmələri qarşısında cavab verəcək. Bu günü də biz görəcəyik. Necə ki, biz dəmir yumruğun Ermənistanın başına dəydiyini gördük. Həmin günü görəcəyimizə də əminəm”.
Emin Həsənlinin sözlərinə görə, Ermənistan beynəlxalq hüquq normalarına əməl etmir: “Beynəlxalq hüquq normalarını tapdayaraq ən ağır cinayətləri törədib. Soyqırımı və separatizm, işğal, təcavüz, qanunla qadağan edilmiş silahlardan istifadə etmə, mülki əhaliyə qarşı silahlardan istifadə edilməsi, əsir və girovlara qarşı ən ağır işgəncələrin verilməsi bunlara əyani sübutlardır. Bu, Ermənistanın dövlət yox, terrorçu qrup olmasının göstəricisidir. Dövlət anlayışında belə qavrayış yoxdur”.
Tural Turan
-
Dünya11:23
Şimali Koreyanın Rusiyaya hərbi dəstəyi: Görün Moskva əvəzini nə ilə ödəyib
-
Region10:40
Ermənistanda soydaşımıza hücum etdilər - VİDEO
-
MDB10:05
Rusiya Ukraynanı ballistik raketlə belə vudu: Medvedev VİDEO yaydı
-
Kriminal09:50
İcra başçısının birinci müavini vətəndaşı məhkəməyə verdi
-
İdman09:16
Fernandu Santuş Rövşən Nəcəfin görüşünə gedir: İstefaya göndərilir - DETALLAR
-
Nəqliyyat08:12
Sərnişinin halı pisləşdi, təyyarə Bakıya təcili eniş etdi
-
Nida Xəbər 07:30
Qaiser Navabdan MESAJ: Azərbaycan elə bir gücə malikdir ki...
-
Ekologiya07:17
Bu gün hava necə olacaq? - PROQNOZ