Qarabağ
Sahibkar xanımlar Ağdama səfər edib - FOTO
Aprelin 20-də, Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Nazir və Tacir Allahverdiyev qardaşlarının doğum günündə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyanın üzvləri, sahibkar xanımlar şəhidlərin anasını ziyarət ediblər.
Publika.az xəbər verir ki, əkiz şəhid qardaşların anası Mailə xanıma səbr diləyən AQSİA sədri Səkinə Babayeva şəhidlərin xalqımızın qürur mənbəyi olduğunu, hər zaman qəlbimizdə yaşayacağını bildirib. Assosiasiyanın üzvləri Afət Həsənli, Aida Kahveçi, Sosial məsələlər komissiyasının sədri, Nəzarət təftiş komissiyasının üzvü Gülnarə Xəlilova, İdarə Heyətinin üzvü və İctimaiyyətlə əlaqələr Komissiyasının rəhbəri Mətanət Ağamirli mənəvi borc olaraq hər zaman şəhid anasının yanında olacaqlarını vurğulayıblar.
AQSİA üzvləri daha sonra əkiz şəhid qardaşların məzarlarını ziyarət ediblər. Şəhid anası AQSİA-nın ona göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirərək övladlarının vətən uğrunda canlarından keçməsindən qürur hissi yaşadığını dilə gətirib. Mailə ana eyni zamanda dövlətdən, Prezident İlham Əliyevin şəhid ailələrinə qayğısından, diqqətindən razılığını ifadə edib. Daha sonra AQSİA üzvləri Ağdamın Quzanlı qəsəbəsində yerləşən şəhid məzarlığını da ziyarət ediblər.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi



































.jpg)

.jpg)