Qarabağ
Azərbaycan revanşistlərin başını “Dəmir yumruq”la əzməyə hazırdır - Deputat
“Erməni faşizmi dünyanın ən eybəcər və ən vandal faşizmi olduğu kimi, ermənisayağı revanşizm də olduqca təhlükəli və gözlənilməz ola bilər. Ona görə də Azərbaycan revanşistlərin başını “Dəmir yumruq”la əzməyə hazırdır”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Millət vəkilinin sözlərinə görə, təsadüfi deyil ki, Prezident İlham Əliyev daima öz çıxışlarında Azərbaycanın və dünyanın ictimai diqqətini bu məsələyə çəkir, revanşistlərə qəti xəbərdarlıq edir:
“Hamıya aydındır ki, Ermənistanda belə qüvvələr var və onlar tək deyillər. Çünki revanşizmi xaricdən dəstəkləyən, erməni olan və olmayan digər güc mərkəzləri də var. Əgər belə olmasa idi, qəhrəman Azərbaycan Ordusu tərəfindən darmadağın edilən, faktiki olaraq diz çökdürülən ermənilər revanşizmə cəhd edəcək cəsarəti özlərində tapa bilməzdilər. Elə Zəngilan rayonunun Seyidlər kəndi istiqamətində bizim Sərhəd Qoşunlarımıza atəş açılması da bunun təzahürüdür” .
Deputat qeyd edib ki, Azərbaycan Prezidenti ermənilərin bu alçaq hərəkətinə elə Zəngilandan, orada xidməti istifadəyə açılan sərhəd zastavasından cavab verdi:
“Əslində, bu, cavabdan daha çox, son və qəti xəbərdarlıq idi. Bu xəbərdarlıq ermənilərlə bərabər onların havadarlarına da edilən xəbərdarlıq idi. Prezident İlham Əliyev şəxsi heyət qarşısında çıxış edən Ali Baş Komandan kimi dedi ki, əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək! Düşmənin yerindəcə necə məhv edildiyini isə ermənilər çox yaxşı bilirlər. Çünki 44 günlük müharibədə bunu əyani şəkildə görüblər və tarixləri boyu unutmayacaq bir dərs alıblar. Əgər yeni bir tarixi dərs almaq istəmirlərsə, bənzər təxribatlara son qoymalıdırlar”.
Tural Turan
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu




























.jpg)







.jpg)


