Qarabağ
Ermənilər ETİRAF ETDİ: Azərbaycan ərazisidir...
Ermənilər də Xudavəng məbədinin Azərbaycan Respublikası ərazisindəki ən böyük monastır kompleksi olduğunu etiraf edirlər. Lakin məbəd kompleksini Azərbaycan ərazisində ermənilərin tikdiyinə və onlara məxsus olduğuna dair yalanlara yalnız özlərini və onlara havadarlıq edənləri inandırıblar. Azərbaycana qarşı ərazi iddiası ilə dünya ictimaiyyəti qarşısında çıxış edən bu arameilər hələ də anlamırlar ki, ABŞ Rusiya Fransa və digər dövlətlərin diqqətini yalanları peşəkar şəkildə sırıdıqları üçün çəkiblər. İmperialist dövlətlər bu köçəri tayfaları eldən-elə köçürə-köçürə müəyyən qədər də olsa öz məqsədlərinə çatıblar. Bu məqsədlərin xaricində isə həmişə olduğu kimi yenə də ermənilər qaldılar.
Görünən odur ki, havadarları erməniləri Azərbaycanın Qarabağ və ətraf rayonlardakı qədim abidələrinə, kilsə və məbəd komplekslərinə sahib olduqlarına bu dəfə də yalnız inandırmaqla kifayətləndilər. Azərbaycanda yaşayan bütün xalqların İslamiyyətdən əvvəlki dini etiqadı Alban xristianlığı olub. Qafqaz Albaniyasının Azərbaycan ərazilərində yaşayan udilər bu dini etiqadlarını dövrümüzə qədər gətiriblər.
Alban-Udi dini icmasının nümayəndələri Kəlbəcərin Vəng kəndindəki Xudavəng məbəd kompleksində Pasxa bayramını özlərinə məxsus dini ayinlərini icra etməklə həyata keçiriblər. Milli Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bunu işğaldan azad olunan ərazilərdə təkcə infrastrukturun bərpası yox, həm də mənəvi ruhun oyanışı kimi xarakterizə edib.
Azərbaycan Bibliya Cəmiyyətinin sədri Rasim Xəlilov isə burada vəhdəti bütün dillərdə icra edilən ayinlərdə və dualarda gördüyünü deyir. Tolerantlıq isə yalnız Azərbaycana xas olan ən uca mənəvi dəyərdir. (Report)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
