Qarabağ
Ermənilərin gözləri Şuşada qalmalıdır - Rasim Musabəyov
Hər il 8 mayı Şuşanın işğal günü kimi qeyd edirdik. Hər il 8 mayda qan yaddaşımız yenidən təzələnirdi. Qaysaq bağlamamış yaramız yenidən qanayırdı. Ta 2020-ci ilin payızına qədər…
Artıq Şuşa bizimdir, qədim qala şəhəri bizdədir. Onun üzərində şanlı üçrəngli Azərbaycan bayrağı dalğalanır.
Şuşa bundan sonra qalib ölkəmizin mədəniyyət paytaxtıdır. Prezident bu gün bununla bağlı sərəncam imzaladı.
Bu sərəncamın əhəmiyyəti nədir? 8 may gününün özəlliyi tarix olaraq qalmalıdır, ya necə?
Deputat Rasim Musabəyov Publika.az-a açıqlamasında söyləyib ki, 8 may ermənilər üçün bir tarix idi. Azərbaycan üçün ən kədərli bir gün sayılırdı:
“Həmin gün Şuşa işğal olunmuşdu. Yəni, Şuşanın işğal olunması ilə bağlı bir gün idi. Biz onu yaddaşımızda saxlayırdıq ki, Şuşanı işğaldan azad edək. Biz Şuşanı işğaldan azad etdik. Ötən ilin 8 noyabrında Şuşa düşmən tapdağından azad olunandan sonra 8 may tarixi silindi. Həmin günü heç yada salmağa dəyməz. İndi bizim üçün önəmli olan 8 noyabr tarixidir. Şuşanın Azərbaycanın tərkibinə qayıtması, orada Azərbaycan bayrağının dalğalanması bizim üçün bayramdır. Zəfər tarixidir”.
R.Musabəyov Prezident İlham Əliyevin Şuşanın mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı imzaladığı sərəncamdan da danışıb:
“Bu status əsasən ona hesablanıb ki, Şuşa Azərbaycanın ən gözəl şəhərlərindən biri olacaq. Qədimlik və müasirlik Şuşada yenidən bir-birinə qovuşacaq. Bu baxımdan da ermənilərin gözləri Şuşada qalmalıdır. Dünya Şuşanı Azərbaycanın mədəniyyət mərkəzi kimi qəbul etməlidir. Bu o deməkdir ki, Azərbaycan bayrağı həmişə bu şəhərin üzərində dalğalanacaq. Bu, həm də bütün Qarabağın üzərində Azərbaycan bayrağının daim dalğalanması deməkdir. Mən əminəm ki, hazırda Şuşada böyük sürətlə aparılan bərpa işləri daha da genişlənəcək. Yenidənqurma işləri daha sürətli şəkildə irəli aparılacaq”.
Tural Turan
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO












.jpg)





.jpg)
















.jpg)


