Qarabağ
Nazirlikdən Qazançı kilsəsinin bərpası ilə bağlı AÇIQLAMA
“İşğaldan azad olunan ərazilərimizdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən nəhəng yenidənqurma işləri, o cümlədən, Şuşada aparılan bərpa və quruculuq prosesi şəhərin tarixi simasının bərpa edilməsi məqsədilə, Şuşanın orijinal memarlıq üslubuna uyğun olaraq gerçəkləşdirilir”.
Publika.az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə Şuşa şəhərindəki Qazançı kilsəsinin bərpa olunmasından danışarkən deyib.
Nazirlik rəsmisinin sözlərinə görə, həyata keçirilən işlər çərçivəsində Qazançı kilsəsi də bərpa edilir:
“Bütün digər tarix-mədəniyyət abidələrimiz kimi, Qazançı kilsəsinin də tarixi sənədlər, arxiv materialları əsasında ilkin bədii-estetik görkəminə uyğun olaraq bərpa edilməsi nəzərdə tutulur.
Bu, elmi-praktiki-tədqiqat fəaliyyəti olmaqla abidənin hərtərəfli təhlilini, memarlıq, tarixilik xüsusiyyətlərinin araşdırılmasını ehtiva edir.
Hazırlanacaq bərpa layihəsi abidənin XIX əsr ilkin-orijinal görkəminə qaytarılması imkanı verəcəkdir. Bundan əlavə, müvafiq layihə təcrübəli memar və bərpaçılardan ibarət mütəxəssislərdən təşkil olunan Elmi Şura tərəfindən müzakirə edilib təsdiqlənəcək.
Həmçinin, müvafiq sahədə geniş təcrübəsi olan və UNESCO-nun qəbul etdiyi beynəlxalq bərpa standartlarını bilən xarici mütəxəssislərin də bərpa layihəsi üzrə rəyinin alınması təmin olunur. Həmin xarici mütəxəssislərlə birlikdə bərpa işinin gedişatının monitorinq edilməsi də planlaşdırılır”.
M.Qafqarzadə qeyd edib ki, Şuşanın tarixi Qazançı kilsəsinin bərpa edilməsini həzm edə bilməyən işğalçı, terrorçu Ermənistan bizə qarşı şər-böhtan atır, cəfəng iddialar irəli sürməyə çalışır.
Qeyd edək ki, Qazançı kilsəsi Şuşa şəhərinin kənarında, hazırkı yuxarı hissəsində yerləşir. Kilsənin 1868-ci ildə qədim Zərdüşt məbədi üzərində inşa olunmağa başlanıldığı bildirilir.
Kilsənin inşası 1880-ci illərdə yekunlaşdırılıb. Kilsə quruluş baxımından dörd yarımdairəvi çıxışdan ibarətdir. Kilsənin daxili xüsusi memarlıq bəzəkləri olmadan, yonulmuş yerli daşlarla üzlənib. Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə dövlət qeydiyyatına alınan (inventar №358) kilsə ilk dəfə Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 27 aprel tarixli 145 nömrəli qərarı ilə abidələr siyahısına daxil edilib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





















.jpg)















.jpg)
.jpg)
