Qarabağ
Prezidentin bu sərəncamı rəmzi məna daşıyır - RƏY
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət mərkəzi elan olunub. Bu gün Şuşanın işğalı günüdür. Prezidentin bu sərəncamı 7 may tarixində verməsi rəmzi məna daşıyır. 1992-ci ildən bəri ermənilərin hər il xüsusi təmtəraqla, ümumxalq bayramı kimi qeyd etdikləri bu gün tarixin arxivinə birdəfəlik atıldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi.
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputat bildirib ki, 28 illik işğal dövründə Qarabağın incisi Şuşanı xarabalığa çevirən erməni vəhşiləri çox yaxın zamanlarda tarixi-mədəni abidələri bərpa olunmuş, ən yeni texnologiyaların tətbiq olunduğu, yüksək standartlara cavab verən dünya səviyyəli gözəl bir şəhəri görəcəklər: "Hörümçək toru kimi bütün dünyaya səpələnmiş diaspor vasitəsilə Pənahəli xanın əsasını qoyduğu şəhəri utanmadan özününküləşdirməyə çalışan ermənilərə və onların himayədarlarına ən gözəl cavab məhz budur. Dünya kimin kim olduğunu əyani şəkildə görəcək".

N.Məhəməliyev qeyd edib ki, Şuşanın nəinki Azərbaycanın, eləcə də Türk-İslam dünyasının mədəniyyət-turizm paytaxtı olacağı şübhəsizdir: "Orada yaradılacaq infrastruktur ən müxtəlif mədəni-kütləvi, eyni zamanda siyasi tədbirləri keçirmək imkanı verəcək. Qarabağın hər bir guşəsi xalqımız üçün əzizdir. Ancaq hər birimizin qəlbində özünəməxsus yeri olduğunu nəzərə alan ölkə başçısı prinsipial olaraq Şuşanın bərpasına xüsusi diqqət göstərir.
Şuşanın mədəniyyət paytaxtı elan olunması, bunun Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanması və ölkə başçısına edilən minnətdarlıq hissi ən gözəl göstəricidir".
Akqabay
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
