Qarabağ
Bu, Ağdama qayıdışı sürətləndirəcək - Deputat
Ermənistan tərəfindən Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələrin Azərbaycana təqdim edilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir.
Bunu Publika.az-a millət vəkili Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, Ermənistan tərəfi xəbərdarlıqlarımıza və tələbimizə baxmayaraq, bu xəritələri Azərbaycana təhvil vermək istəmirdi: "Onlar xəritəni verməmək üçün müxtəlif bəhanələr gətirirdi. Ancaq Azərbaycan israrla bu xəritələri Ermənistandan tələb edirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ABŞ Dövlət Departamentinin və Avropa İttifaqının bu məsələdə fəallıq nümayiş etdirməsinə nail olundu. Azərbaycan bu məqsədə nail oldu və Ağdam rayonunun minalanmış ərazilərinin xəritəsini əldə etdi".
C.Məmmədov qeyd edib ki, mina xəritəsinin Azərbaycana təqdim edilməsi Ağdama qayıdışı daha da sürətləndirəcək və dövlətin bu prosesdə əlavə vəsait xərcləməsinin qarşısını alacaq: "Azərbaycan uzun müddətdir ki, ayrı-ayrı ölkələrdən mina təmizləmək üçün avadanlıqlar alırdı. Bu da əlavə vəsaitin xərclənməsinə səbəb olurdu. Bu baxımdan sözügedən razılaşmanın əldə olunması xüsusi əhəmiyyət daşıyır. Bu, eyni zamanda bir daha Prezident İlham Əliyevin bütün məsələlərdə prinsipial mövqe nümayiş etdirdiyini göstərir. Azərbaycan bu məsələnin sona kimi həlli üçün bütün zəruri addımları atacaq və lazımi tədbirləri görəcək. Çünki ölkəmizin qarşısına qoyduğu konkret prinsipial hədəf və məqsədləri var. Bu siyasət də Azərbaycanı ona doğru aparır".
Akqabay Mıradov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
