Qarabağ
Şuşa həbsxanasının SON GÖRÜNTÜLƏRİ - VİDEO
Azərbaycan Televiziyasında Şuşa həbsxanası, burada işgəncələr verilmiş azərbaycanlılarla bağlı veriliş yayımlanacaq.
Publika.az xəbər verir ki, bu barədə AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Məlumata görə, “Jurnalist araşdırması”nın iyulun 3-ü efirə gedəcək buraxılışında erməni terrorçuların işgəncə verdiyi azərbaycanlılar yaşadıqlarını danışacaq.
Verilişdə bildirilib ki, ermənilər qanlı cinayətlərin böyük əksəriyyətini Şuşa həbsxanasında həyata keçirirmiş. Bəzi mənbələrdə Şuşa həbsxanasının XIX əsrin ortalarında Xan qızı Natəvanın vəsaiti hesabına tikildiyi iddia edilir. Bu türmə tikilənə qədər məhkumlar Gəncə şəhərindəki həbsxanada saxlanılırmış və qohum-əqrabanın məhkumlara baş çəkməsinin çətinliyini nəzərə alan Xan qızı guya şuşalıları, eləcə də ətraf ərazilərdə yaşayan insanları bu əziyyətdən qurtarmaq üçün Şuşada həbsxananın inşası üçün vəsait ayırıb.
Əslində isə həqiqət başqadır. “Jurnalist araşdırması”nda bu iddialar araşdırılacaq, həqiqətlər ortaya çıxarılacaq.
Verilişdə Şuşa həbsxanasının keçmiş rəisi Aydın Abbasovun da fikirlərinə yer verilib. Bundan başqa, “Jurnalist araşdırması”nda uzun müddət erməni əsarətində olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Şuşa həbsxanasında saxlanıldığı kameralar göstəriləcək.
Şuşa həbsxanasının son görüntüləri, işgəncə verilmiş azərbaycanlıların yaşadığı dəhşətlər iyulun 3-ü saat 21:00-da AzTV-də efirə veriləcək.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
