Qarabağ
Vətən müharibəsi - Möhtəşəm zəfər tarixi
Bir il öncə 27 sentyabr tarixində başlanan Zəfər yolunda qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi.
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Sədaqət Vəliyeva deyib.
O bildirib ki, son 30 ildə havadarlarına arxalanan Ermənistandakı hərbi-siyasi xuntalar güman edirdilər ki, “xilaskar”ları bu dəfə də onların köməyinə gələcək:
“Lakin 44 günlük müharibədə ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, yalvarışlara, təhdidlərə baxmayaraq, Azərbaycan qələbə qazandı və tarixi ədalət bərpa olundu.
Müzəffər Ali Baş Komandan və rəşadətli ordumuz Ermənistanın 4 ilə işğal etdiyi, təxminən 30 il ərzində möhkəmləndiyi torpaqlarımızı 44 günlük aktiv müharibə və 20 günlük siyasi-diplomatik vasitələrlə cəmi 2 ay ərzində tam azad etməklə möhtəşəm zəfər tarixi yazdı. Heç şübhəsiz, Vətən müharibəsi barədə danışdıqda bu prosesin şəksiz qəhrəmanları olan Müzəffər Ali Baş Komandanın və rəşadətli ordumuzun uğurları təqdirəlayiq şəkildə dəyərləndirilməlidir. Ermənistan 30 il ərzində işğal etdiyi Azərbaycan torpaqlarını bəlkə də dünyada ən güclü hərbiləşdirilmiş bölgəyə çevirmişdi. Bu ərazilərdə vuruşmuş hərbçilərin sözlərinə görə, düşmən tərəfindən az qala hər kvadratmetri atəş altında saxlamağa imkan verən müasir hərbi sistemlər qurulmuşdu. Bu isə onu deməyə əsas verir ki, 30 il ərzində müxtəlif ölkələrdə təhsil almış, xidmət etmiş, həmin ərazilərə dərindən bələd olmuş düşmənlə vuruşurduq. Eyni zamanda Ermənistan pulsuz əldə edilən hərbi texnika və sursatlar hesabına texniki baxımdan yüksək dərəcədə təminatlı orduya malik idi. Eləcə də Azərbaycan Ordusuna qarşı döyüşlərdə müxtəlif ölkələrdən, hətta okeanın o tayından erməni əsilli vətəndaşlar, xüsusi təyinatlılar, PKK terrorçuları, Suriyadan xeyli sayda peşəkar muzdlular vuruşurdular. Görünən odur ki, Azərbaycan Ordusu təkcə erməni separatçılarına, Ermənistan ordusuna qarşı döyüşmürdü, həm də dünyanın bir çox ərazilərində formalaşdırılmış terrorçu qruplarla, muzdlu qatil və döyüşçülərlə, xüsusi təyinatlılarla üz-üzə idi. Bütün bunlara baxmayaraq, Azərbaycan Ordusu məhz belə mürəkkəb amillərin mövcud olduğu şəraitdə parlaq qələbə qazandı”.
Millət vəkili qeyd edib ki, dərindən düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi, orduda yüksək nizam-intizam, hərbçilərimizin müasir hərbi texnologiyalardan məharətlə istifadə etməsi, hərbçilərimizin yüksək mənəvi-psixoloji durumu, eyni zamanda Ali Baş Komandanın prosesi yüksək peşəkarlıqla idarə etməsi parlaq qələbənin kökündə dayanan mühüm amillərdən idi:
“Vətən müharibəsi və Zəfər yolu məhz ötən ilin 27 sentyabrından başladı. Qələbə ruhunun müharibəsi olan Vətən müharibəsində 3000-dək hərbçimiz şəhid oldu. Azərbaycan xalqına Qələbə, Zəfər tarixini yaşadan şəhidlərimiz daim qəlbimizdədir və hər zaman ehtiramla yad ediləcək”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
