Qarabağ
Bu anım yürüşü bütün dünyaya göstərdi ki... - Politoloq
“Vətən müharibəsinin başlanmasının ildönümündə şəhidlərimizin xatirəsinə həsr edilmiş anım yürüşü şəxsən məndə qürur hissini coşdurdu. Çox möhtəşəm idi”.
Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloqun fikrincə, bu anım yürüşü ilə bütün dünyaya, eləcə də düşmən Ermənistana necə millət olduğumuzu nümayiş etdirdik: “Bu yürüşlə hansı formada birlik nümayiş etdirdiyimizi çox gözəl şəkildə sərgilədik. Prezidentin, onun xanımının Cəmşid Naxçıvanski adına hərbi liseyin tələbələri ilə birlikdə ötən gün təməli qoyulan Zəfər Muzeyinin yerləşdiyi əraziyə qədər yürüş etmələri qeyri-adi idi. Eyni zamanda bu anım yürüşünü Azərbaycan xalqının intellektual və mədəni səviyyəsini bütün dünyaya nümayiş etdirən qeyri-adi mənzərə hesab edirəm.

Üstəlik, yağı düşmənə, bizim haqqımızda uydurma fikir səsləndirənlərə, aşağılayıcı fikirlər söyləyənlərə bəlli oldu ki, Azərbaycan dünyanın super dövlətidir. Regionun super gücüdür. Dünənki tədbirin təşkilindən qürur duydum. Zəfər Muzeyinin təməlinin atılması isə müstəqil Azərbaycanın hərb tarixinin ən gözəl səhifələrindən biridir. Bu muzey şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün ən gözəl addımlardan biridir. Gələcək nəsillərin təlim-tərbiyəsində mühüm rol oynayacaq and yerimiz, məbədimizdir”.
Tural Turan
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
