Qarabağ
Bu, Azərbaycan maraqlarının reallaşmasına gətirib çıxara bilər - POLİTOLOQ
"Minsk qrupu son bir neçə ayda münaqişə tərəflərinə maraqlı və aktual təklif verə bilmədi. Baxmayaraq ki, Azərbaycan və regionda sülh istəyən bütün tərəflərin gözləntisi var idi. İndiki çağırışlar ondan ibarətdir ki, minalanmış ərazilər hələ də qalır. Ermənistan tərəfini sorğulamalıdır ki, niyə rayonların minalanmış ərazilərinin xəritəsi verilmir və ya verilsə də, niyə düzgün verilməyib. Minsk qrupu bu bir neçə ay ərzində yatmaqla məşğul idi".
Bu sözləri Publika.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
Politoloq qeyd edib ki, yayılan məlumatlara görə, artıq Amerikada razılıq əldə edilib və tezliklə həmin həmsədrlərin regiona səfəri planlaşdırılır:
“Bizim də istəyimiz ondan ibarətdir ki, Minsk qrupu Azərbaycan və Ermənistan arasında gələcək əlaqələrdə iştirak edəcəksə, konstruktivlik nümayiş etdirsin və köhnə adətlərindən əl çəksin. Digər tərəfdən Minsk qrupunun özü də bilməlidir ki, bu gün Rusiya vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında dialoq mövcuddur. Fransadan bu gözlənti demək olar ki, minimaldır. Amma Amerika və Fransa əllərindən gələn hər şeyi etməlidir ki, Rusiyanın təklifindən daha cəlbedici olsun. Bu, təbii ki, Minsk qrupu ölkələri arasında da müəyyən rəqabət meyllərini artırar və Azərbaycan maraqlarının reallaşmasına gətirib çıxarda bilər. Minsk qrupunun vasitəçiliyilə Azərbaycan və Ermənistan liderlərinin görüşü də istisna edilməməlidir. Gələcək günlərdə hətta biz onlar tərəfindən bir sıra təkliflərin açıq-aşkar ictimaiyyətə təqdim olunmasına şahidlik edə bilərik”.
Politoloq əlavə edib ki, 10 Noyabr bəyannaməsində Zəngəzur dəhlizinin açılması yer alıb:
“Zəngəzur dəhlizinin açılması daha çox regional dövlətlərdən İran və Rusiyanın gələcəkdə Ermənistana təsir mexanizmindən istifadə edib-etməməsindən asılıdır. Çox təəssüf ki, dəhlizin açılmasında bəzi dairələr maraqlı deyil. Bu görə də maneçlik törətməkdə qərarlıdılar”.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
