Qarabağ
Suqovuşandakı SES-lərin istismara verilməsi böyük hadisədir - Professor
Oktyabrın 3-də Suqovuşanın azad edildiyi gün ölkə başçısı bu qəsəbəyə səfər etdi. Prezident İlham Əliyevin bu səfəri hər şeydən öncə rəmzi məna daşıyırdı. Ölkə rəhbəri Suqovuşanda Azərbaycan Bayrağını qaldırdı.
Daha sonra prezident Suqovuşanın ikinci həyatının başlandığını ifadə edən “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışını həyata keçirdi. Bu, Suqovuşan və ətraf ərazilərə 30 ildən sonra ikinci həyatın qayıtması demək idi. 30 il ərzində düşmən torpaqlarımızda ekoloji terror gerçəkləşdirir, bizim nəzarətimizdə olan əraziləri susuzluğa qərq edirdi. Artıq zaman Suqovuşanın və işğaldan azad edilən ərazilərimizin xeyrinə işləyir.
Ekspertlər düşünür ki, Suqovuşan su anbarına nəzarətin təmin edilməsi ilə Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonların su təçminatı probleminin həllini tapacaq. Əvvəlki illərdə Suqovuşan su anbarına nəzarət edən ermənilər ekoloji terror törədirdilər. Hətta bu məsələ AŞPA-da da müzakirə edilmişdi. Azərbaycanın məruzəsi yekdilliklə qəbul olunmuşdu.
Bir sözlə, qısa zamanda “Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyalarının bərpası və işlək vəziyyətə gətirilməsi Azərbaycan iqtisadiyyatının gücünün göstəricisidir. İşğaldan azad olunmuş ərazilərdə su ehtiyatlarının idarə olunması istiqamətində həyata keçirilən tədbirlərin növbəti mərhələsi məhz Suqovuşanda başladı.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor İslam Mustafayev Publika.az-a açıqlamasında söyləyib ki, 30 il ərzində ermənilər Suqovuşanın su ehtiyatlarını işğal altında saxlamaqla Azərbaycanın digər rayonlarını da “su terroru” ilə məhv edirdilər: “Kənd təsərrüfatında tənəzzül yaranırdı. Ermənilər çalışırdılar ki, işğal olunmuş ərazilərə yaxın yerlərdə yaşayan əməksevər, kənd təsərrüfatı ilə məşğul olan sakinlər oradan da köçüb getsinlər. Çünki insanların kənd təssərrüfatı ilə məşğul olmasına imkan vermirdilər. Suyun qabağını 30 il müddətində kəsmişdilər. Su lazım olmayan aylarda bəndlərin qabağını açırdılar və beləliklə, növbəti zərbəni vururdular. Biz bütün bunlara dözdük və 44 günlük müharibədə qələbə çaldıq. Müzəffər ordumuz düşmənə gücünü göstərdi. Müzəffər Ali Baş Komandanımız isə bu proseslərə rəhbərlik elədi”.
İslam Mustafayev bildirib ki, hələ döyüşlərdən bir ay əvvəl cənab Prezident sulardan səmərəli istifadə olunması ilə bağlı qərar imzalamışdı: “Bu qərar da Suqovuşanda görülən işlərə öz töhfəsini verəcək. Son bir ildə Suqovuşanda görülən işlər onu deməyə imkan verir ki, risklərin qarşısı alınıb. Texniki-təchizat sistemləri təkmilləşdirildi. Hazırda bu su elektrik stansiyaları məhsuldarlığın yüksək səviyyəsini əldə etmək üçün yeni imkanlar yaradıb. Bu yarımstansiyalar on minlərlə ərazini su ilə təmin edəcək. Bərdə, Tərtər rayonlarını, hətta Ağcabədinin də aşağı tərəflərinə qədər gedib çıxacaq. Bu su elektrik stansiyalarının istismara verilməsi doğrudan da böyük hadisədir”.
Tural Turan
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO