Qarabağ
Türk GENERAL AÇIQLADI: Ərdoğanın Füzuliyə gəlişi onlara bir mesajdır
Bu gün tarixi anlar yaşandı. Qarabağın dünyaya açılan pəncərəsi və qapısı, yeni statusun simvolu sayıla biləcək Füzuli Beynəlxalq Hava Limanının açılışı baş tutdu. Şuşaya ilk səfər edən dövlət başçısı statusu Rəcəb Tayyib Ərdoğana məxsus idi. Füzuli aeroportuna da ilk enən beynəlxalq təyyarə Türkiyə Prezidentinin təyyarəsi oldu. Türkiyə və Azərbaycan arasındakı bütün münasibətlərdə ilk olmaq əsasdır. Bu, qardaşlıq, eyni soydan və qandan olmağın simvoludur.
Bunu Publika.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı Səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.
General bildirib ki, hava limanının bu qədər qısa müddətdə inşa edilməsi çox önəmlidir: “Füzuli Beynəlxalq Hava Limanının bu qədər qısa müddətdə inşa olunması, həmin yerlərin minalardan təmizlənməsi, “Ağıllı kənd”lərin tikilməsi bölgənin yenidən cənnətə çevrilməsinin, insanların doğma yurd-yuvalarına qayıtmasının təməlini qoyacaq. Torpaqların işğaldan azad edilməsinin bir ili tamam olmadan, 8 ay müddətində aeroportun tam şəkildə tikilib istifadəyə hazır vəziyyətə gətirilməsi Azərbaycanın müasir iqtisadi, regional gücünün, Türkiyə-Azərbaycan qardaşlığının əlaməti olaraq dəyərləndirilməlidir. Füzuli Beynəlxalq Hava Limanı strateji önəm baxımından Qarabağı dünyaya bağlayan açar nöqtələrdən biri olacaq. Bura eyni zamanda Azərbaycan dövlətinin güclü və müasir, bölgədə söz sahibi olduğunun simvoludur. Bu, eyni zamanda Qarabağın abadlaşdırılması, müasir vəziyyətə gəlməsi və iqtisadi gücə, dəhlizə çevrilməsi baxımından Türkiyə-Azərbaycan əlaqələri çərçivəsində “Şuşa Bəyannaməsinin” sadəcə sənəd üzərində olmadığının göstəricisidir”.

Y.Karauz hesab edir ki, Füzuli aeroportu sadəcə Qarabağ və Azərbaycan üçün deyil, İran üçün də açılan qapı halına gələcək: “Yaxın zamanda Ermənistanın ağlını başına toplayıb üçtərəfli anlaşmanı sülh müqaviləsi halına gətirdiyi zaman ermənilərin də dünyaya açılan pəncərəsi olacaq. Füzuli Beynəlxalq Hava Limanının açılışının olması sülhü və sabitliyi istəməyən, ortalığı qarışdırmağa çalışan qüvvələrə qarşı mesaj idi. Bu qədər qısa zamanda bu işin həyata keçirilməsi Azərbaycanın bundan sonrakı dönəmdə əsas regional güc olmasını təmin edəcək. Açılış çərçivəsində yeni yolun təməlinin qoyulması Zəngəzur dəhlizinin də gerçəkləşməsi deməkdir. Bu da sadəcə Naxçıvanı Azərbaycana bağlamayacaq. Eyni zamanda Türkiyəni Azərbaycana, türk dünyasına qovuşduracaq, Londonu da Pekinə bağlayan ən qısa istiqamət olacaq. Bölgə ölkələrinə qatqısı olduğu kimi, dünya iqtisadiyyatına, çatdırılma və nəqliyyat yollarının inkişafına böyük töhfəsi olacaq. Həmçinin, 3-lük və 6-lıq platformalarının reallaşmasını, birlik və bərabərlik altında ortaq hərəkət etməni daha da sürətləndirəcək. Buna mane olmaq istəyən qüvvələrin dirənişini qıracaq və bölgədə sülh, sabitlik təmin olunacaq”.
Akqabay Mıradov
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)

.png)

















.jpg)
.jpg)





