Qarabağ
Tarixi günlərə şahidlik edirik - Cavid Osmanov
“Azərbaycanın tarixi qələbəsinin birinci ildönümünün qeyd olunduğu bir dövrdə qardaş ölkənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın məhz Azərbaycana səfər etməsi və bu səfərin birbaşa işğaldan azad olunmuş ərazilərdə yenicə tikintisi başa çatdırılmış Füzuli Beynəlxalq Hava Limanında gerçəkləşməsi, adıçəkilən hava limanının açıldığını bildirən qırmızı lentin iki ölkə prezidenti tərəfindən kəsilməsi tarixi hadisədir”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. Millət vəkili bildirib ki, qardaş ölkənin prezidenti ilk xarici dövlət başçısı kimi Füzuli Hava Limanının tarixinə düşdü:
“Biz bu səfərin gerçəkləşməsi ilə 26 oktyabrda çox mühüm tarixi hadisəyə şahidlik etdik. Qardaş ölkənin başçısının Azərbaycana gəlməsi, işğaldan azad olunan ərazilərə birbaşa səfər etməsi və bu səfər çərçivəsində bir sıra vacib mesajların verilməsi xüsusi qeyd olunmalıdır. Eləcə də təməlqoyma mərasimləri keçirildi. Xüsusi hadisə ondan ibarətdir ki, Zəngəzur dəhlizinin təməli qoyuldu. Bu da növbəti tarixi hadisədir. Bu gün bütün Azərbaycan xalqı, eləcə də bütün dünya həmin tarixi hadisələrin şahidinə çevrilir. Əlbəttə, qardaş ölkənin rəhbərinin Azərbaycana səfər etməsi və səfər çərçivəsində qeyd etdiyim proseslərə qatılması bir daha Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının əyani təzahürüdür. Bundan bir sıra xarici dairələr də öz mesajını almış oldu. Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır”.
Deputat vurğulayıb ki, bu günlərdə Azərbaycan öz tarixinin ən şanlı günlərini yaşayır:
“Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi və parlaq qələbənin birinci ildönümünü keçirir. Digər tərəfdən, ölkəmiz çox güclü, qüdrətli bir dövlət olduğunu işğaldan azad olunmuş ərazilərdə sürətlə həyata keçirilən yenidənqurma və bərpa işlərində də göstərir. Bunların hər biri – istər Vətən müharibəsindəki qələbəmiz, istərsə də işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma və bərpa işlərinin aparılması müzəffər Ali Baş Komandanımız, ölkə Prezidenti cənab İlham Əliyevin düzgün qurduğu strategiyanın nəticəsidir. Qısa müddət ərzində, cəmi 7-8 ay müddətində Füzuli Beynəlxalq Hava Limanının tikintisi özlüyündə dünyada yeni bir göstəricidir. Bunun özü yeni bir rekorddur”.
Tural Turan
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi




































.jpg)


