Qarabağ
İrəvan 30 illik işğalın bədəlini ödəməlidir - Ağar
“Azərbaycanın Qarabağ məsələsi ilə bağlı mövqeyi açıqdır. Azərbaycan 44 günlük Vətən müharibəsində öz gücü ilə zəfər qazandı. Nə Ermənistan, nə də Nikol Paşinyan Rusiyanın, Qərbin, Avropa Birliyinin, Amerikanın arxasında gizlənərək Azərbaycanın savaşla əldə etdiyi haqqını rəsmi Bakının əlindən ala bilər”.
Bunu Publika.az-a açıqlamasında terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib. Ekspert bildirib ki, Ermənistan Qarabağı haqsız yerə 30 il işğal altında saxladığına görə təzminat ödəməlidir:
“Hətta Ermənistanın arxasında başqa güclərin də olması mümkündür, amma mütləq gerçək odur ki, Qarabağ bütövlükdə Azərbaycan torpağıdır. Üstəlik, Ermənistan 44 günlük müharibədə yenilib. Bunun əvəzində Zəngəzur dəhlizini açmalıdır. Hazırda İrəvan bu şərtlər altında əbədi sülh müqaviləsini imzalayarsa, bu, onun xeyrinə olacaq. Əgər imzalamayacaqsa, bu, böyük gərginliyə gətirib çıxaracaq. İrəvanın sülh sazişini imzalamaması Ermənistanın və bölgənin gələcək taleyinə bir sıra narahatlıqlar gətirəcək.
Ermənistan 30 illik işğalın bədəlini ödəməlidir. Həmin haqsız işğalın Azərbaycana və Qarabağa vurduğu zərər hesablanarsa, onun dəyərinin nə qədər böyük olduğu ortaya çıxacaq. 30 il ərzində 1 milyon insan öz ata-baba yurdlarından qaçqın və məcburi köçkün düşdü. Bəs onların təzminatını kim ödəyəcək?! Minalardan təmizlənməli olan ərazilər, köçkünlərin yenidən yurd-yuvalarına qayıtması, ərazilərin yenidən qurulması... Bunlar uzun vaxt aparan işlərdir. Savaşda, müharibədə nə qədər mülki insana ziyan dəyib. Onların səbəbkarı da Ermənistandır. Haqq uğrunda canlarını fəda edən insanların haqları pulla ödəniləcək gücdə deyil. Yaralananlar, mənəvi təzminat ödəniləcək insanlar... Ermənistan bütün bunların qarşılığını ödəmək məcburiyyətindədir. Məsələlərə bu nöqteyi-nəzərdən də baxılmalıdır. Azərbaycan 30 il ərzində çox ağır itkilər verib. Bunların qarşılığını Azərbaycana qarşı haqsızlıq edənlər, haqsızlığın altına imza atanlar ödəməlidir”.
Tural Turan
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO















.jpg)






















.jpg)


