Qarabağ
Prezident Kəlbəcərdə bayrağımızı ucaldanda bütün dünyaya mesaj verdi ki... - Deputat
"Kəlbəcərin azad olunmasının 1 ili ilə bağlı bütün Azərbaycan vətəndaşlarını, o cümlədən doğma kəlbəcərlilərimizi ürəkdən təbrik edirəm. Biz 30 il ərzində işğal gününü qeyd etmişik. O dövrdə keçirilən tədbirlərin sonunda deyirdik ki, növbəti tədbirlərimizi doğma yurdlarımızda keçirək. Artıq o arzular reallaşıb. Bu baxımdan bu gün bizim üçün çox əzizdir. Ali Baş Kamandan bu tarixi anları xalqımıza yaşatdı, məcburi köçkün damğası bu xalqın üzərindən götürüldü. Artıq biz qalib ölkənin qalib vətəndaşı kimi danışırıq".
Bu sözləri Publika.az-a Milli Məclisdə Kəlbəcəri təmsil edən deputat Aqil Məmmədov deyib.
Millət vəkili bildirib ki, bu gün uzun müddət Azərbaycan xalqının, o cümlədən keçmiş məcburi köçkünlərin, kəlbəcərlilərin 30 ilə yaxın bir müddətdə həsrətlə gözlədikləri gündür: “Bu gün təsadüfi bir gün deyil. Bu, Ali Baş Komandanın uğurlu daxili və xarici siyasətinin nəticəsində əldə olunmuş nailiyyətdir. Əgər biz çoxşaxəli iqtisadiyyat qurmasaydıq, bütün sahələri inkişaf etdirməsəydik, o cümlədən ordu quruculuğuna lazımi səviyyədə diqqət ayrılmasaydı, bu gün qələbəmizdən danışmaq qeyri-mümkün idi. Onun nəticəsidir ki, 44 günlük Vətən müharibəsinin ilk günlərində Azərbaycan Ordusu Ermənistanın 30 ilə yaxın müddətdə qurduğu istehkamları darmadağın etdi, düşmənə sarsıdıcı zərbələr endirdi. 44 günün elə ilk günündən kənd və qəsəbələrimiz, rayon mərkəzləri, strateji yüksəkliklər azad olundu. Biz bu cür xoş anları yaşamışıq. Ancaq təəssüflər olsun ki, bu cür anlarla yanaşı, bizim itkilərimiz də oldu. Qarabağın işğaldan azad olunmasında canlarını qurban verən şəhidlərimiz oldu, Allah onları rəhmət etsin. Qazilərimizə şəfa diləyirəm. Onların əməyini heç zaman yaddan çıxartmarıq”.
A.Məmmədov qeyd edib ki, 9 noyabr tarixinə qədər Müzəffər Azərbaycan Ordusu öz gücü ilə düşmənə vurduğu ağır zərbələr hesabına 5 şəhər, 4 qəsəbə, 286-dan çox kəndimizi düşmən işğalından azad etdi: “Biz ermənilərə sülh təklif etsək də, onlar hər vasitə ilə bundan boyun qaçırdılar. Amma çıxılmaz vəziyyətdə olduqlarını anladılar və kapitulyasiya aktına imza atdılar. Bunun nəticəsində Ağdam, Kəlbəcər və Laçın rayonlarını bir güllə atmadan, şəhid vermədən azad etdik. Noyabr ayı Vətən müharibəsindən öncə də əlamətdar günlər hesabına zəngin ay idi. Bu günlərin sayı Qarabağda əldə etdiyimiz möhtəşəm Zəfərimizdən sonra da artdı. Kəlbəcər əslində, noyabrın 15-də azad olunmalı idi. Ermənilər yenə də öz xislətlərindən istifadə edərək Rusiyanın vasitəsilə 10 günlük möhlət aldılar. Azərbaycan tərəfi humanistlik göstərərək onlara imkan tanıdı. Ancaq biz onların əsl simalarını bu müddətdə də bir daha gördük. Ermənilər Kəlbəcərdə evləri yandırdılar, həyətdəki meyvə ağaclarını, meşələri kəsib-doğradılar, təbiətə ziyan vurdular. Öz xislətlərini 10 gün müddətində açıq şəkildə bir daha nümayiş etdirdilər”.
Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində diplomatiya cəbhəsində uğurla savaşdı: “Ölkə başçısı bu müddət ərzində dünyanın 30-a yaxın aparıcı media qurumuna müsahibələr verdi. Bir daha Azərbaycanın haqlı tərəf olduğunu, müharibə istəmədiyimizi, sülh yolu ilə münaqişənin həllinə cəhd göstərməyimizə baxmayaraq qarşı tərəfin məcburən bu müharibəni başlatmasını vurğuladı. Torpaqlarımız işğaldan azda olunandan sonra diplomatik korpusun nümayəndələri, xarici qurumların ölkəmizdəki təmsilçiləri, müxtəlif ölkələrin media nümayəndələri Qarabağa səfər edərək erməni vəhşiliyini, tarixi, mədəni və dini abidələrimizin məhv edilməsini öz gözləri ilə gördülər. Ölkə başçısı Birinci vitse-prezidentlə bərabər işğaldan azad olunan ərazilərə dərhal səfər etdilər. Cənab Prezident dağılmış ərazilərdə dayanaraq bütün dünyaya mesajlar verdi. Planlı və düşünülmüş şəkildə dövlət başçısı Qarabağın bərpası və yenidən qurulması ilə bağlı göstərişlər verdi. Bütün rayonlarda olan təməlqoyma mərasimlərində ölkə rəhbəri şəxsən iştirak etdi və qısa zaman ərazində bir sıra layihələrin icrası başa çatdırıldı, orada açılış mərasimləri oldu. Cənab Prezident avqustun 16-da Kəlbəcərə səfəri zamanı Göygöl rayonunun Toğanalı kəndindən Kəlbəcərə Murov dağının dibindən gedən tunelin təməlqoymasında iştirak etdi. Eyni zamanda Kəlbəcərdən Laçına gedəcək tunel yolun təməlini qoydu və orada istifadəyə verilən yarımstansiyasının açılışında iştirak etdi, digər yarımstansiyada gedən işlərlə tanış oldu, üçrəngli bayrağımızı Kəlbəcərin mərkəzində ucaltdı və oradan dünyaya bəyan etdi ki, biz qayıtmışıq, xarabalığa çevrilən bu yerləri yenidən quracağıq, əvvəlkindən də yaxşı olacaq. Artıq planlı şəkildə, müasir standartlara cavab verən formada bu işlərin icrası uğurla aparılır”.
Deputat əlavə edib ki, bu gün atılan addımlar intizarla gözləyən keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasına şərait yaradacaq: “Kəlbəcər rayonu füsunkar gözəlliyə malikdir və iqtisadi potensialı olduqca zəngindir. Eyni zamanda, turizm üçün, kənd təsərrüfatının inkişafı üçün əlverişli bölgədir. Böyük qayıdışdan sonra dirçələn, yeni nəfəs verilən Qarabağımız ölkə iqtisadiyyatına mühüm töhfəsini verəcək”.
Akqabay Mıradov
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO