Qarabağ
“Şuşa İli” ermənilərin bu iddialarını yoxa çıxaracaq - Detallar
“2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsi siyasi baxımdan o deməkdir ki, bundan sonra da Şuşanın Azərbaycanın ərazisi olması heç bir dövlət tərəfindən şübhə altına alınmayacaq. Bu vaxta qədər də demək olar ki, hansısa dövlət onu şübhə altına almayıb, Şuşa bundan sonra da Azərbaycanın mədəniyyət mərkəzinə çevrilməkdə davam edəcək”.
Bunu Publika.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
Politoloqun fikrincə, Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanmasının siyasi baxımdan önəmi böyükdür: “Bunun özü həm rəmzi xarakter daşıyır, həm də reallığa uyğundur. Bu sənəd həm siyasi, həm də hüquqi xarakter daşıyır. Bu o deməkdir ki, biz Şuşa şəhərini mədəniyyət mərkəzinə çevirməklə onu siyasi baxımdan Azərbaycana məxsus olan bir şəhər kimi təsdiqləyirik. “Şuşa İli” çərçivəsində orada müəyyən beynəlxalq tədbirlər keçiriləcək. Bu tədbirlər çərçivəsində Şuşaya siyasi xadimlər və dövlət başçıları gələcək. Onlar müxtəlif konfranslarda və digər görüşlərdə iştirak edəcəklər. Mən buna şübhə etmirəm”.
Politoloq söyləyib ki, Şuşa və işğaldan azad olunan digər ərazilər siyasi baxımdan Azərbaycanın tərkib hissəsi kimi bütün dünya tərəfindən tanınır:
“ “Şuşa İli”nin elan olunmasından sonra Ermənistanın bu şəhəri müxtəlif adlarla çağırması, ona verdiyi müxtəlif adlar yoxa çıxacaq. Ondan sonra bu şəhərin Azərbaycan üçün dəyəri bütün dünyada daha da yüksəklərə qalxacaq. Bu il Şuşa şəhərinin salınmasının 270 illiyi qeyd olunacaq. Ermənilər iddia edirdilər ki, Şuşa guya onların şəhəridir. Biz konkret sənədlərlə sübut edirik ki, bu şəhər konkret dövrdə Qarabağ xanı Pənahəli xan tərəfindən salınıb. Onun təməlini Pənahəli xan qoyub. Bu, artıq dünya tərəfindən qəbul olunan bir faktdır. Bu faktın özü də siyasi xarakter daşıyan amildir”.
Tural Turan
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)

.png)

.png)
















.jpg)
.jpg)





