Qarabağ
Ordumuz məcburetmə əməliyyatına başlayacaq - Ekspert AÇIQLADI
“Azərbaycan Ordusu tam hazır vəziyyətdədir. Silahlı Qüvvələrimiz əldə etdikləri bacarıqları tətbiqinə can atır. Rəhbərlikdən gələn bütün tapşırıqlar onlar tərəfindən qüsursuz yerinə yetiriləcək”.
Bunu Publika.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib.
Ü.Cəfərov vurğulayıb ki, Azərbaycan Ordusu əməliyyata hazır vəziyyətdədir: “Ermənilər həyata keçirdiyi təxribatlarla heç nəyə nail olmayacaqlar. Azərbaycan Ordusu düşmənə layiqli cavab verir. Ermənistan insidentlər törətməklə demarkasiya və delimitasiya, həmçinin digər prosesləri ləngitəyə çalışır. Qazaxın 7 kəndi və Naxçıvanın Kərki ərazisi Azərbaycan əsgərinin gücü hesabına geri qaytarılacaq. Çünki ruslar və qarşı tərəf üzərlərinə düşən heç bir öhdəliyi yerinə yetirmək istəmir. Bu yaxınlarda Azərbaycan Müdafiə nazirinin səsləndirdiyi fikirlərdən belə çıxır ki, ordumuz məcburetmə əməliyyatına başlayacaq. Çünki Rusiya sülhməramlıları boyunlarına düşən işi həyata keçirmirlər. Buna görə də proses uzanır. Əgər bu məsələ ilə bağlı Azərbaycan Ordusuna tapşırıq verilərsə, silahlı qüvvələrimiz əmri yüksək səviyyədə yerinə yetirəcək”.
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO




































.jpg)

.jpg)