Qarabağ
Qubadlı ən abad bölgələrimizdən birinə çevriləcək - Deputat
“Qubadlının azad olunmasından iki il ötür. 2020-ci ilin 25 oktyabrında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 1993-cü il avqustun 31-də Ermənistan ordusu tərəfindən işğal olunan Qubadlı rayonunu azad etdi”.
Publika.az xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov qeyd edib.
“Ermənistan silahlı qruplaşmaları şəhərdə güclü istehkamlar qurmuşdu. Bütün yüksəkliklər düşmənin nəzarətində idi. Qubadlını azad etmək üçün ilk növbədə həmin yüksəkliklər götürülməli idi. Ermənilər bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı, irəliləməyə imkan vermirdi. Nəhayət, oktyabrın iyirmi beşində Azərbaycan Ordusunun xüsusi peşəkarlığı nəticəsində Qubadlı işğaldan azad edildi. Bu hadisə böyük Zəfəri daha da yaxınlaşdırdı”, - deputat bildirib.
C.Məmədovun sözlərinə görə, Qarabağ və Zəngəzurda həyata keçirilən böyük bərpa və quruculuq işləri nəticəsində Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaq:
“Sosial infrastrukturla bağlı Baş planda bütün məsələlər tam əhatə olunub. Məktəb, xəstəxana və digər sosial obyektlər, yaşayış binaları yenidən inşa olunacaq. Hazırda insanların rahat istifadəsi üçün Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkilir. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı şəhərlər arasında birləşməni təmin edəcək. Heç şübhəsiz, işğaldan azad olunan rayonlarımız, o cümlədən, Qubadlı yenidən qurulduqdan, insanlar oraya köçürüldükdən sonra ölkəmizin iqtisadi imkanları daha da artacaq. Bu gün bu işlərin uğurla həyata keçirilməsi üçün bütün addımlar atılır. Bütün bunlar tezliklə Qubadlının bölgənin ən abad və gözəl bölgələrindən birinə çevriləcəyini söyləməyə əsas verir”.
Akqabay
-
Qoroskop01:40Günün ulduz falı: səbirsizliyiniz pik həddə çatacaq
-
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
-
Magazin118 Sentyabr 20:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18 Sentyabr 18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18 Sentyabr 18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin118 Sentyabr 15:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya18 Sentyabr 14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya18 Sentyabr 13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar













.jpg)
.jpg)

.jpg)












.jpg)




.jpg)



