Qarabağ
Şuşa əməliyyatı: Prezident döyüşdən öncə hansı əmri vermişdi? - VİDEO
Şuşa əməliyyatı: bu, Azərbaycanın qazandığı Zəfərin finişi, Ermənistanın kapitulyasiyaya məcbur olması, dünya hərb elminin isə bütün nəzəriyyələrə və prinsiplərə yenidən baxmasına səbəb olan döyüşdür.
Və şübhəsiz ki, Azərbaycan tarixində əbədi qalacağı kimi, XXI əsrin müharibə sənətinin də yenidən yazılmasına zəmin yaratdı.
Əməliyyatın gedişində xarici mediada yayılan qıt məlumatlara, əməliyyatdan sonra iştirakçıların açıqlamaları, Vətən müharibəsinin birinci ildönümündə - ötən il hərbi rəhbərliyin verdiyi müəyyən açıqlamalar Şuşa döyüşləri haqda qənaəti formalaşdırdı:
- Azərbaycan əsgəri Şuşaya yeganə olan girişdən yox, sıldırım qayalıqlardan daxil olub;
- Döyüş ancaq yüngül silahlarla - bıçaq, tapança, avtomat - aparılıb, bir çox hallarda əlbəyaxa döyüş gedib;
- Yaralılar və şəhidlər arxada buraxılmayıb, əsgər, döyüş yoldaşı çiynində sıldırım qayalarla şəhərə qalxıb;
- Şəhərə daxil olana qədər günlərlə döyüş olub;
Hərb elmini və tarixi dəyişdirən əməliyyatın niyə belə həyata keçirildiyi təbii ki, maraqlıdır.
Birincisi, düşmənə gözləmədiyi nöqtədən zərbə endirməkdir: erməni qoşunları hücumun əsas və yeganə girişdən olacağını gözlədiyi üçün bütün qüvvələri bu istiqamətdə toplamışdı və Azərbaycan əsgəri sıldırım qayalara dırmaşaraq, döyüş tapşırığını uğurla icra etdi;
İkincisi, şəhərə səssiz sızma əməliyyatı həyata keçirildiyi üçün daşına bilən kiçikçaplı silahlardan itifadə edilirdi;
Üçüncüsü, əməliyyatda ağır artilleriyadan istifadə olunmayıb, şəhərə heç bir mərmi atılmayıb.
Əməliyyatın ən vacib məqamlarından biri də məhz budur: Şuşaya heç bir mərmi atılmayıb, ağır artilleriyadan istifadə olunmayıb.
Bunun səbəbini “Şuşa, sən azadsan” sənədli filmində əməliyyatı həyata keçirən Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin dediklərindən, eləcə də müdafiə naziri Zakir Həsənovun ötən il – Vətən müharibəsinin birinci ildönümündə verdiyi açıqlamalardan anlamaq olur.
Prezident, Ali Baş Komandan İlham Əliyev əməliyyatdan öncə əmr verib: “Şuşanın mədəniyyət mərkəzi olduğu nəzərə alınmalı, şəhər dağıdılmadan, tarixi görkəmi qalmaq şərti ilə azad olunmalıdır”.
Prezidentin təkcə bu əmri Şuşanın Azərbaycan üçün hansı məna daşıdığını anlamağa imkan verir.
Z.Həsənov bildirir ki, bu döyüşlərdə ağır artilleriyadan tam gücü ilə istifadə edə bilməyəcəkdik: “Artilleriyadan, əsasən Şuşa ətrafında olan Ermənistan qoşunlarının mövqeləri və atəş nöqtələri hədəf götürüldü və darmadağın edildi. Onlar həm canlı qüvvə, həm də hərbi texnika sarıdan çox böyük itki verdi. Biz isə doğma şəhərimizi, tarixi abidələrimizi artilleriya ilə vurmadıq, hava zərbələri endirmədik”.
Azərbaycan əsgəri Şuşanı ağır artilleriyadan istifadə etmədən, şəhərə zərər vurmadan, qayalara dırmaşaraq azad etdi.
Obrazlı desək, nə Ali Baş Komandanın, nə də onun əsgərlərinin Şuşaya qıymağa əli gəlməyib.
Və bu, həm də Şuşa əməliyyatının Azərbaycan tarixində də, dünyanın müasir hərb tarixində də müstəsna yer əldə etməsinə zəmin yaratdı.
Yəhudi jurnalist Pyotr Lyukimsonun yazdıqları da bunu təsdiqləyir.
“İsrail ordusu indiyə qədər bu əməliyyatın təfərrüatını bilmir. İsrail Müdafiə Nazirliyindəki yüksək rütbəli mənbə mənə belə dedi: Şuşa aşağıdan yuxarıya doğru azad olundu və bu, müasir hərb elminin bütün prinsiplərinə ziddir”, - yəhudi jurnalist qeyd edir.
Müasir hərb elminin prinsiplərini alt-üst edən Şuşa əməliyyatını tarixi döyüş strategiyaları ilə də müqayisə etmək olar, xüsusilə türklərin qədim hərbi strategiyası olan Aypara (Qurd Qapanı da deyilir) taktikası ilə.
Malazgirt və Mohaç döyüşlərində, eləcə də Nadir Şah Əfşarın Çar Rusiyasına qarşı müharibəsində istifadə etdiyi bu strategiyaya görə, hücum planı iki mərhələdən ibarət olur: saxta gediş və pusqu. Ordunun bir hissəsi düşmənin gözlədiyi yerdə hücum görüntüsü yaradır, digər qrupu gizli şəkildə düşmənin arxasına keçərək, pusqu qurur.
Şuşa əməliyyatında qədim türk hərbi strategiyası uğurla həyata keçirildi.
Asif Nərimanlı
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art22 Noyabr 21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya22 Noyabr 20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO