Qırmızı.az
Ölkəmizdə maliyyə sabitliyi təmin olunub - Deputat
“Azərbaycan hökuməti tərəfindən görülmüş işlər nəticəsində 2021-ci ildə ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub. Bununla belə, ölkəmizdə orta illik inflyasiya 6,7% təşkil edib. O cümlədən, ərzaq inflyasiyası 8,1%, qeyri-ərzaq inflyasiyası 5,1% təşkil edib, inflyasiyanın illik faizi 12-yə çatıb. Əlbəttə, bütün bunların köklü səbəbləri var”.
Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Millət vəkili bildirib ki, həmin səbəblər qlobal xarakter daşıyır: “İlk növbədə qeyd etmək lazımdır ki, 2021-ci il quraqlıq dövrü kimi tarixə düşüb. Dünyanın hər yerində çox böyük quraqlıqlar müşahidə olunub. O cümlədən, ölkəmizdə də ötən il çox böyük quraqlıq müşahidə edilib. Digər tərəfdən, ticarət dövriyyəsində balans da pozulub. Eyni zamanda, bütün dünya üzrə daşınma və logistika qiymətlərində çox ciddi artım nəzərə çarpıb”.
Deputatın sözlərinə görə, ən ciddi artım enerji daşıyıcılarında müşahidə olunub: “Bu da öz növbəsində qiymətlərin artmasına və inflyasiyaya təsirsiz ötüşmədi. Ümumilikdə isə son 2 il ərzində unun qiymətində 45% artım müşahidə edilib. Əgər 2021-ci ilin yanvarında buğdanın qiyməti 253 dollar təşkil edirdisə, ilin sonunda artıq bu qiymət 340 dollara çatmışdı. Digər bir tərəfdən, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının verdiyi hesabatda qeyd olunur ki, 2021-ci ildə bütün dünyada ərzaq məhsullarının qiymətində 10% artım müşahidə edilib. Əlbəttə, bütün bunlarla bağlı ümumilikdə Azərbycan hökuməti tərəfindən bir sıra tədbirlər görülməkdədir. Birincisi, bu sahədə olan subsidiyaların məbləğinin artırılmasıdır. Bu, Azərbaycan hökuməti tərəfindən uğurla həyata keçirilib. Eyni zamanda, Mərkəzi Bankın vəsaiti hesabına bu sahədə çalışan fermerlərə çox aşağı faizlə kreditlərin verilməsi təşkil olunur. Eləcə də buğda ununun və çörəyin əlavə dəyər vergisindən azad olunması 2024-cü ilə qədər artırılıb. Digər bir məqam ondan ibarətdir ki, Azərbaycan hökuməti tərəfindən İqtisadiyyat Nazirliyinin aidiyyəti qurumunun süni qiymət artımının qarşısının alınması istiqamətində gördüyü tədbirlər daha da ciddiləşdirilib”.
Tural Turan
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





























.jpg)







.jpg)


