Qırmızı.az
"Omikron"dan bu üsullarla qorunmaq olar - HƏKİM
“İnfeksiya əvvəlcə olaraq parabola kimi davam edir, ilkin ocaqlar əmələ gəlir. Sonradan COVID-19 prosesində olduğu kimi endemiya pandemiyaya çevrilir. Koronavirusun pik zirvəsini və verdiyi ağırlaşmaları da gördük. Sonradan isə virusa yoluxma halları azalmağa başladı. Lakin bu zaman da virusun mutasiya prosesi başladı və yeni ştamlar əmələ gəldi. "Britaniya", "Mu", "Delta" və sonda isə "Omikron" ştamı yayıldı. Təəssüf ki, "Omikron" ştamının yayılma tezliyi daha çoxdur”.
Bu fikirləri Publika.az-a açıqlamasında kardioloq, tibb elmləri doktoru, professor, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Tofiq Cahangirov deyib.
Həkimin sözlərinə görə, öz ətrafımızda, iş kollektivlərimizdə, ailələrimizdə və s. "Omikron" ştamın yayıldığını müşahidə edirik: “Xəstəlik öncə boğazda qıcıqlanmalarla başlayır, istilik bəzən 1-2 gün olur, bəzənsə olmur. Bu orqanizmin immun vəziyyətindən asılıdır. "Omikron" ştamının COVID-19-dan fərqi isə iybilmə və dadbilmə hissinin itməməsidir. Bu ştam daha çox qrip kimi özünü göstərir. Xəstəliyin karantin müddətinin 14 gündən 7 günə endirilməsinin səbəbi də simptomların əmələ gəlməsi və xəstəliyin inkubasiya dövrünün 7 gündə özünü biruzə verməsidir. Xəstəlik COVID-19 kimi ağırlaşmalar verməsə də, ölüm halları az olsa da yenə də arxayınlaşmaq olmaz. Bu xəstəliyin də özünəməxsus ağırlaşmaları var. "Omikron" ştamına yoluxmuş xəstələrdə də reanimasiyaya düşüb, meningit olub, digər orqanların iltihabı prosesləri də yaşanıb. Yəni, insanlar arxayın olmasın ki, bu xəstəlik ağırlaşmır və ya öldürmür. Düzdür, fərq var, lakin yenə də təhlükəlidir”.
T.Cahangirov vurğulayıb ki, virusun yayılmasının qarşısının alınması üçün ilk öncə xəstələr izolyasiya olunmalıdır: “Statistika da göstərir ki, maska taxmayan şəxslərdə daha çox yoluxma halları baş verir. Həmçinin, sosial məsafə, gigiyena qaydalarına əməl etmək bu xəstəlikdən qorunmağın əsas üsullarıdır. Xəstəliyin gedişatı da fərqlidir. Məsələn, xəstədə istilik 37,5 olan kimi antibiotik müalicəsinə başlamaq olmaz, bu xəstəliyi ağırlaşdırır. Çünki bu xəstəliyə də yanaşma mexanizmi var. Xəstəyə orta tibb işçisi səviyyəsində yox, mütəxəssis həkim tərəfindən nəzarət olunmalıdır. O şəkildə də yoxlanmalıdır. İnanıram ki, yuxarıda sadaladığımız qaydalara əməl olunsa, bu xəstəliyə qalib gələcəyik və dünyada da koronavirus sona çatacaq”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)



























.jpg)
.jpg)
