Qırmızı.az
Yoluxma kəskin artdı: məktəblər bağlana bilər? - AÇIQLAMA
“Omikron” variantı ölkəmizdə sürətlə yayılmaqdadır. Bu ştam 4 dəfə artıq yoluxuculuq xüsusiyyətlərinə malikdir. Bu variant ölkəmizə gəldikdə, kəskin yoluxmaların olacağı gözlənilirdi. Çünki bu, dünyada da belədir.
Bunu Publika.az-a infeksionist Vüqar Cavadzadə deyib.
Həkim bildirib ki, “omikron”un yoluxuculuq xüsusiyyətləri yüksək olsa da, digər ştamlara və COVID-19 virusuna nisbətən daha yüngül gedişlidir və müalicə müddəti qısadır: “Buna görə də bu ştama yoluxan insanların 90 faizdən çoxu ev şəraitində 5-7 günə müalicə olunaraq sağalırlar. Ancaq buna baxmayaraq, ehtiyatı əldən verməməli, özümüzü qorumalıyıq. Biz bu gün rəsmi göstəricilərə istinad edirik. Qeyri-rəsmi göstəricilər isə təxminən bundan 3 dəfə artıqdır. Yoluxmaların sayı çoxdur. Ancaq bu, insanları “delta” və “delta plus” qədər narahat etmir. “Omikron”a hətta maska taxan insanlar da yoluxa bilər. Ola bilsin ki, hazırkı vəziyyət bu ştamın pik nöqtəsi deyil, yəni yoluxmaların artacağı da istisna edilmir”. src="/storage/files/upload/0f07ddb8e666b9eb5559f4fcbe39ba59c1635f94.jpg" style="width: 829px; height: 565.952px;" class="fr-fic fr-dib fr-fil">V.Cavadzadə qeyd edib ki, “omikron” variantı hazırda məktəbəqədər, məktəb və orta yaş qruplarında daha çox rast gəlinir: “Artıq insanlar virusdan qorxmurlar. 2020-ci ildə vətəndaşlar arasında daha çox qorxu var idi. Əslində, bu, yaxşı haldır. Çünki qorxu və stress immun sistemini aşağı salır. Araşdırmalar göstərir ki, dünyada “omikron”a yoluxan insanların 75 faizinin ağciyərlərində zədələnmə müşahidə olunmur. Bu gün xəstələrin daha çox şikayətləri boğazda kəskin ağrılar, burun axması, döş sümüyü arxasında ağrılar, güclü sümük-əzələ ağrıları və yüksək hərarətin olmasıdır. “Omikron” variantında qrup şəklində kortəbii olaraq dərmanlar qəbul etməyə ehtiyac yoxdur. Yaxşı olardı ki, orta yaş qrupları daha çox vitaminlər və bol maye qəbul etsinlər. Yüksək hərarət olarsa, temperatur salıcı preparatlardan istifadə edə bilərlər”.
İnfeksionist hesab edir ki, ali məktəblərdə dərslərin başlaması yoluxmaları artıracaq: “Ali məktəb tələbələri hazırda tətildədir, onlar fevralın 16-sından dərslərə başlayırlar. Düşünürəm ki, universitetlərdə tədrisin başlaması yoluxmaları bir qədər artıracaq. Çünki tələbələrin böyük əksəriyyətinin ənənəvi qaydada dərslərə başlaması təmasların artmasına, metro və avtobuslarda sıxlığa səbəb olacaq. Ancaq düşünmürəm ki, universitetlərin tam şəkildə distant formaya keçirilməsi nəzərdə tutulsun. Hazırda orta məktəblərlə bağlı təcrübə var. Yoluxam aşkarlanan sinif və ya bir məktəb onlayn rejimdə tədrisi davam etdirir, bu, bütün məktəblərə şamil olunmur. Ali məktəblərdə də bu cür ola bilər”.
Qeyd edək ki, ötən gün Azərbaycanda COVID-19 infeksiyasına 7 779 yeni yoluxma faktı qeydə alınıb, 28 nəfər isə vəfat edib.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp























.jpg)
.jpg)





