Qırmızı.az
Hesabat bu qənaətimi gücləndirdi - Deputat
Təqdim edilən sənəd göstərir ki, informasiya müharibəsinin hədəfləri nələrdir. STM-in yaradılmasının 3-cü ildönümü ərəfəsində yayımlanmış və çox aktual mövzuya həsr olunan Analitik Hesabat dövlətimizi zəiflətməyə yönəlmiş bəzi qara işlərin üzərinə işıq salmaqla, Azərbaycan dövlətini xaricdən, xüsusilə dünya erməniləri tərəfindən təşkil olunan ideoloji və informasiya təxribatlarından qorumaq üçün xalqımızın sosial aktiv hissəsinin səfərbər olunmasına kömək edən əhəmiyyətli töhfədir.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin üzvü, Komitə sədrinin müavini Qüdrət Həsənquliyev Sosial Tədqiqatlar Mərkəzinin hazırladığı kitab təqdimatına həsr edilmiş konfransda bildirib.
"Hesabat belə bir qənaətimi də gücləndirdi ki, STM-in kadr potensialı imkan verir ki, bu mərkəz ciddi bir elmi tədqiqat institutuna çevrilsin və dövlət institutları ilə yanaşı, geniş ictimaiyyət üçün də tədqiqatlar aparmaqla bu sahədə fəaliyyət göstərəcək magistrlər yetişdirsin. Hesabat həmçinin gənclərimizin informasiya müharibəsində daha aktiv və hazırlıqlı olmaları zərurətini ortaya qoyur" - Qüdrət Həsənquliyev əlavə edib.
Millət vəkili bildirib ki, korrupsiya, insan haqları problemi kimi məsələlər bütün ölkələrdə var: "Birində az, digərində çox. Amma nədənsə qara qüvvələr, ermənipərəst qurumlar tərəfindən bu mövzuda Azərbaycana diqqət çəkilir. İnsan hüquqları, demokratiya, korrupsiya ilə mübarizəyə həsr olunan qurumun rəhbərinin erməni əsilli biri olması da hesabatda əksini tapıb. Düşünürəm ki, bu yöndə daha çox işlər aparılmalıdır. Azərbaycan diasporu ilə işləyən müvafiq qurumlar bu məsələlərlə ciddi məşğul olmalıdır. Gənclərimizin də fəal olması çox vacibdir".
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





































.jpg)


