Qırmızı.az
Xarkovdan Azərbaycana gələn hamilə qadının və körpəsinin həyatı xilas edildi - FOTO
Rusiya-Ukrayna münaqişəsi səbəbilə yaşadığı Xarkov şəhərindən çətinliklərlə 9 günə Azərbaycana yol gələn və vətənə çatar-çatmaz koronavirusa yoluxaraq vəziyyəti ağırlaşan hamilə qadının və körpəsinin həyatını Kliniki Tibbi Mərkəzin (KTM) həkimləri xilas edib.
Bu barədə Publika.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilib ki, 1985-ci il təvəllüdlü ana mart ayının 17-də KTM-ə yerləşdirilib. 24 saat ərzində ananın və uşağın həyatı üçün yaranmış təhlükə aradan qalxmadığından təcili doğuşa qərar verilib və qadın təcili əməliyyata götürülüb.
Əməliyyatı icra edən Mərkəzin mama-ginekoloqu Şölə Səfərova bildirib ki, hamilə qadının əməliyyatı riskli olsa da, onu və körpəsini həyata qaytarmaq mümkün olub:
“Hamiləliyinin 38-ci həftəsində ağır dərəcəli preeklamsiya (hamiləlik patalogiyası, arterial təzyiqin yüksəlməsi, proteinuriya və ödəmlərin olması), uşaqlığında çapıq (konservativ miomektomiya əməliyyatından sonrakı vəziyyət) olan hamilə qadında həmçinin döl qişalarının vaxtından əvvəl cırılması da müşahidə edilirdi. Əməliyyat riskli olsa da qadının və körpənin həyatını xilas etməyi bacardıq. 3500 qram çəkidə doğulan körpə qız idi. Daha sonra ananın vəziyyəti ilə bağlı narahatlıqlar davam etdiyi üçün həkim nəzarətinə götürüldü. Artıq hər ikisi yaxşıdır və bu səbəbdən də evə buraxılırlar”.
Qeyd edək ki, ailənin bütün xərcləri icbari tibbi sığorta tərəfindən qarşılanıb.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı














.jpg)



















.jpg)

.jpg)