Qırmızı.az
“Azəriqaz” sahibkarların problemlərini dinlədi
“Azəriqaz” İstehsalat Birliyi sahibkarlığın inkişafına dəstək məqsədilə sahibkarlıq subyektləri ilə mütəmadi görüşlər keçirir. “Açıq mikrofon” aksiyası çərçivəsində növbəti görüş Sumqayıt şəhərində baş tutub.
Birlikdən Publika.az-a verilən məlumata görə, görüşdə “Azəriqaz” İB-nin, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məsul şəxsləri sahibkarların problem və təkliflərini dinləyiblər. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Elnur Xanməmmədov dövri yoxlama müddəti çatan sayğacın dövlət yoxlamasına aparıldıqdan sonra həmin sayğacın geri qaytarılmasında müəyyən müddət gecikmə olduğunu bildirib. Birliyin məsul şəxsləri tərəfindən mövcud prosedur qaydaları sahibkarın diqqətinə çatdırılıb, ünvanlanan sualla bağlı lazımi izahatlar verilib. Digər ictimai-iaşə müəssisə sahibləri qaz təsərrüfatına dair heç bir problemlərinin olmadığını Birlik əməkdaşlarının diqqətinə çatdırıblar. Sahibkarlarla yanaşı, sakinlər də qaz təchizatı ilə bağlı üzləşdikləri çətinliklərdən söz açıblar. Kamil Vəliyev yaşadığı yataqxanada quraşdırılan sonradan ödənişli (mexaniki tipli) sayğacın əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacla əvəzlənməsinə etiraz edib. Vətəndaş sonradan ödənişli sayğacın dəyişdirilməməsini xahiş edib.
Daxil olan bütün müraciətlər cavablandırılıb, araşdırılması üçün qeydə alınıb.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





































.jpg)


