Qırmızı.az
Xəzər rayonunda qaz təchizatı ilə bağlı heç bir problem var? - FOTO
"SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün qaz təchizatı ilə bağlı yaranan problemlərin aradan qaldırılmasında maraqlıdır və həlli istiqamətində işlərini davam etdirir”.
Publika.az xəbər verir ki, bu sözləri SOCAR “Azəriqaz” İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev paytaxtın Xəzər rayonunda sahibkarlıq subyektləri ilə keçirilən görüş zamanı bildirib.
“Açıq mikrofon” aksiyası çərçivəsində keçirilən görüşdə sahibkarların qaz təchizatı ilə bağlı üzləşdikləri çətinlikləri dinləmək üçün Birliyin məsul şəxsləri ilə yanaşı, Xəzər Rayon İcra Hakimiyyətinin, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbər şəxsləri də iştirak ediblər.
Xəzər rayonunda yerləşən 26 nömrəli tam orta məktəbin nümayəndəsi qarşıdakı günlərdə əgər hava şəraitində dəyişiklik olarsa, təbii qazın verilişi üçün Birlikdən müəyyən müddət möhlət istəyib.
Daxil olan müraciətlə bağlı köməklik göstəriləcəyi qeyd edilib.
Digər çıxış edən sahibkarlar qaz təchizatı ilə bağlı heç bir problemlərinin olmadığını bildirərək, SOCAR “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyevə təşəkkür ediblər.
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı







.jpg)




.webp)


.jpg)

















