Qırmızı.az
Adlar eyni, dadlar fərqli - Azərbaycanda şokoladların keyfiyyəti niyə aşağıdır?
Dadı damaqda qalan, hissləri hərəkətə gətirən, xoşbəxtlik hormonunu yüksəldən qarşısı alınmaz ləzzət olan şokoladlar bəzi hallarda ağız dadımızı da korlaya bilir. Şokolad insanın əhval-ruhiyyəsini yaxşılaşdırır, onun əmək qabiliyyətini yüksəldir. Ancaq onun faydaları orqanizmimizə yalnız o zaman xeyirli ola bilər ki, saxta olmasın. Keyfiyyətli məhsulun çıraqla axtarıldığı bir dövrdə, bu məsələ çox aktualdır. Çünki Azərbaycanda yerli istehsalla yanaşı Türkiyə, Rusiya və Avropa ölkələri istehsalı olan şokoladlar da satılır.
Ölkəmizdə satılan şirniyyatların, xüsusilə də şokoladların keyfiyyətindən narazılıqlar var. Son günlər satışda olan məşhur qida brendləri ilə bağlı isə şikayətlər artmaqdadır. Xüsusilə də Bakıda satılan “Ferrero Rocher”, “Raffaello”, “Godiva” kimi şokolad markalarının keyfiyyətindən narazılıqlar artıb. Bildirilir ki, üzərlərində normal istifadə tarixinin yazılmağına baxmayaraq, həmin xarici markaların məhsullarında fərqli acılıq olur və mədə ağrısı yaradır. İstehlakçıların sözlərinə görə, sözügedən məhsulun eynisini xaricdən alanda fərqin yerlə göy qədər olduğu aydın görünür.
Əslində, şokolad kakao və digər yağların qarışığından əmələ gəlir. Ölkəmizdə istehsal olunan şokoladlara arzuolunmaz yağların qarışdırılması istisna olunmur. Eyni zamanda istehsal zamanı keyfiyyətsiz inqridentlərin qatılması da müzakirə mövzusudur.
Bəs, şokoladlar hansı standartlara uyğun hazırlanmalı və saxlanmalıdır? Əsl şokoladı saxtasından necə ayırd edək və keyfiyyətli məhsulu necə təyin edə bilərik? src="/storage/files/upload/cc146fde39321b57ee8c16f54545299fb346f5b8.jpg" style="width: 877px; height: 584.667px;" class="fr-fic fr-dib fr-fil">Beynəlxalq münsif, qida üzrə baş mütəxəssis Ağa Salamov Publika.az-a bildirib ki, bu kimi neqativ halların mövcudluğu bəzən şokaladların saxlanma şəraitinin düzgün olmaması ilə əlaqədardır: “Şokoladın saxlanma yerində nisbi rütubət mütləq nəzərə alınmalıdır. Həmin depolarda nisbi rütubətlilik 50% olmalıdır. Eyni zamanda şokoladın saxlandığı yer +20 dərəcədən yüksək temperaturda olmalı deyil, 15-20 dərəcə aralığında olan temperaturda saxlanmalıdır. Çox isti hava temperaturunda şokolad saxlamağı düzgün hesab etmirəm. Bəzən görürük ki, rəfdə günəş şüaları düşən yerdə, isti temperatur olan məkanlarda, həmçinin rütubətli yerlərdə saxlanılan şokoladlar da tez xarab olur və acılıq verir. Çox vaxt rəflərdə qoyulan şokoladların üzərinə günəş şüası düşür və ya çox isti olur, nisbi rütubət standartlara uyğun olmur. Həmin satış yerlərində şokoladların tez xarab olması, dad dəyişməsi ehtimalı böyükdür. Eyni zamanda depolarda da buna diqqət etmək lazımdır. Saxlanma yerlərində şokoladlar düzgün rəflənməlidir. Quru saxlanma deposunda saxlanan şokoladlar +15-20 dərəcədən yuxarı temperaturda saxlanmalı deyil. Qeyd olunan bu standartlara əməl edilmədikdə, şokoladlar vaxtından tez xarab olur və acılıq verir, eyni zamanda müxtəlif dadlarda olur və deformasiyalara uğrayırlar”.
Qida mütəxəssisi şokoladların tərkibinin necə olmasına, eyni zamanda istehsalda istifadə olunan yağlara da münasibət bildirib.
“Ən yaxşı şokoladların istehsalında kakao yağından istifadə olunmalıdır. Kakao yağı bədən temperaturunda əriyən bilən yağdır. Tərkibində kakao yağı olan şokolad növlərinin istehlak olunmasını məsləhət görürəm. Kakao yağı orqanizmdə mənimsənilən yağdır. 80% istehsallarda görürük ki, kakao yağı başqa bitki yağları ilə əvəz olunur ki, onlar da orqanizmdə əriməyən yağlardır. Həmin yağlar doydurulur, trans yağlara çevrilir və ondan da şokolad istehsalında istifadə olunur. Ona görə də bu məqamlarda diqqətli olmaq lazımdır və şokoladın üzərində təmiz kakao yağı yazılıbsa, alınmalıdır. Və ya başqa bitki yağı olan zaman bu, məhsulun dadında hiss olunur və xammalda dəyişiklik meydana çıxara bilir” - A.Salamov qeyd edib.src="/storage/files/upload/9af35dd1aaf61a1e5ab67e92b4fe02422a4cde28.jpg" style="width: 926px; height: 617.333px;" class="fr-fic fr-dib fr-fil">Azad İstehlakçılar Birliyinin (AİB) sədri, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ictimai şuranın üzvü Eyyub Hüseynov birliyə şirniyyat və şokoladlarla bağlı onların buraxılma tarixi, yararlıq müddətinin köhnə olması, içərisindən bəzən qurd çıxması barədə şikayətlərin daxil olduğunu deyib: “Xüsusilə müasir mağazalarda qutulara qoyulub satılan şokolad və konfetlərin üzərində buraxılma və son istifadə tarixi, saxlanma şəraitini əks etdirən sənəd qoyulmur. Nazirlər Kabinetinin 94 saylı qərarına görə, məhsul yeşikdən çıxarılandan sonra bükülməli, üzərində buraxılma və son yararlılıq tarixini göstərən sənəd olmalıdır. Təəssüf ki, bu cür məhsulların çoxunun vaxtı ya keçmiş olur, ya da qurdlamış olur.. İstehlakçılar da bununla bağlı heç bir məlumat ala bilmirlər və ondan istifadə edirlər. Ona görə də məhsulun dadı dəyişir və ağızda acılıq yaradır. Şikayətlər edilən zaman nümunələr də təqdim olunur. Kağız qutularda satışa çıxarılan şokoladlarla bağlı da şikayətlər olur. İstehsalçılar bəzən onların üzərindən istehsal və son istifadə tarixlərini silirlər”.
E.Hüseynov hesab edir ki hər bir məhsulun vaxtı bitməsə belə, onu elə bir şəraitdə saxlayırlar ki, bu da insan səhhəti üçün çox təhlükəli olur: “Güman edirəm ki, dadı acı olan, orqanizmdə ağrılar yaradan həmin şirniyyat məhsullarının saxlanma şəraiti doğru deyil. İstehlakçılar onu da bilməlidirlər ki, eyni məhsul başqa bir ölkədə fərqli tərkibə malik ola bilər, digər ölkədə isə başa tərkibdə olur. Bu, markanın məxsus olduğu şirkətin həmin ölkədə məhsulu istehsal edən şirkətlə müqavilə şərtlərindən asılıdır. Məsələn, hansısa marka şokolad ABŞ-da tamam fərqli dadda ola bilər, İspaniyada fərqli, Azərbaycanda isə tamam fərqli. Bütün bunlar ölkəmizdə yerləşdirilən şirkətin istehsalçı şirkətlə razılaşması əsasında formalaşır. Lakin brend eyni olur, dadlarda müxtəliflilik ola bilər. Təəssüf ki, ticarət işində istehlakçının bu cür aldadılması ilə bağlı beynəlxalq qanunvericilik səviyyəsində də məsələlər var”.
Saxta şokaladların bazarlardan yığışdırılması ilə bağlı hansı tədbirlər görülməlidir?
AİB sədri qeyd edib ki, sahibkarlarla bağlı nəzarətin gücləndirilməsinə ehtiyac var: “Xüsusilə də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qarşısında bununla bağlı məsələ qaldırıla bilər. Hər şey araşdırılar və dadların hansı səbəbdən müxtəlif olduğu da müəyyən olunar. Bundan sonra hansısa tədbirlər görmək mümkündür”.
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib - FOTO
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..."
-
İdman14:14
Sürətli yolların ərəb gözəli: O, ABŞ-ın tarixinə necə düşüb?
-
Dünya13:30
Putindən ən yaxın dostuna sürpriz hədiyyə: Yük təyyarəsi ilə göndərdi - VİDEO
-
İqtisadi gündəm13:16
Dollarla bağlı SON MƏZƏNNƏ - İlk dəfə olaraq bu həddi ÖTDÜ
-
İdman12:43
Dünyanın ən gözəl qadın qolfçusu: Görün indi nə işlə məşğuldur - FOTOLAR/VİDEO
-
Dünya12:16
Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq